Icma.az
close
up
RU
Rəsmi Tehran: Mətbuatda deyilənlərlə masada elan edilənlər eyni deyil Heç bir nüvə obyektinin bağlanmasından söhbət gedə bilməz”

Rəsmi Tehran: Mətbuatda deyilənlərlə masada elan edilənlər eyni deyil Heç bir nüvə obyektinin bağlanmasından söhbət gedə bilməz”

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

"ABŞ-la danışıqlarda etimad mühiti yaratmaq üçün əlavə addımlar atmağa hazırıq. akin bu o demək deyil ki, İran uranı zənginləşdirmək siyasəti və hüququndan əl çəkəcək. Beə bir şey olmayacaq"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Erakçi Tehran Beynəlxalq Kitab Sərgisini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.

O, burada "Kitablar və Diplomatiya" proqramına qatılaraq, suallarını cavablandırıb.

ABŞ-ın İrandan nüvə proqramına tamamilə ləğvi tələbi barədə sualı cavablandıran nazir bildirib ki, bəzi məsələlər mətbuatda yazılanlar kimi deyil: "Mətbuatda elan etdikləri ilə masada elan edilənlər eyni deyil və media müharibəsi gedir. Sonaylar ABŞ-dan çoxlu ziddiyyətli bəyanatlar gəlir, eşidirik. Bu, Vaşinqtonda diqqətsizlikdənmi, yoxsa danışıqlar tərzindənmi qaynaqlanır, bilmirəm. Lakin bu, İranın tərzi deyil".

O, bir daha təkrar edib ki, ABŞ rəsmilərinin İranın uranı zənginləşdirmək hüququndan da əl çəkəcəyi haqda açıqlamaları həqiqət deyil: "Bu, mümkün də deyil. Nə mediada, nə də danışıqlar masasındakı mövqelərimizdə bu mövzuda güzəştə getməyəcəyik. Bu, İran xalqının haqqıdır və bunu heç kim inkar edə bilməz. Biz nüvə proqramı üzrə şəffaflığı təmin edə bilərik, lakin heç bir nüvə obyektinin bağlanmasından söhbət gedə bilməz”.

Amerika mətbuatında keçən həftə Omanda keçirilən danışıqların dördüncü raundunda İrana yazılı razılaşma mətni təqdim olunması haqda xəbərə də aydınıq gətirən nazir bildirib ki, danışıqlar zamanı fikirlər yazılı şəkildə qarşı tərəfə çatdırılıb: "Lakin biz indiyə qədər qarşı tərəfdən belə bir yazılı təklif almadıq, ancaq göndərəcəklərini deyirlər".

İran XİN başçısı ABŞ-ın sanksiyaları qaldıracağı təqdirdə İranın Amerika şirkətlərinin ölkədə fəaliyyət göstərməsinə icazə verib-verməyəcəyi ilə bağlı suala isə belə cavab verib: "İranda Amerika şirkətlərinin iqtisadi fəaliyyətinə qadağa yoxdur. Bu qadağanı amerikalılar özləri özlərinə qoyublar. İran Amerika şirkətlərinin neft və təbii qaz sektoruna sərmayə qoymasını təbii ki, istəyir və belə hal olarsa, bunu yalnız alqışlayar".

Samir Musayev
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://mia.az
archiveBu xəbər 16 May 2025 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see243

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see199

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see193

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see181

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see174

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see153

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see152

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see151

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see148

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see143

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see137

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see136

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see136

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see132

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see130

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri