Icma.az
close
up
RU
“Heç gözləmirdim ki, mətbuatda belə bir rezonans doğuracaq”

“Heç gözləmirdim ki, mətbuatda belə bir rezonans doğuracaq”

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Yeni Müsavat”ın suallarını cavablandırıb.  

“Qafqazinfo” sözügedən müsahibəni ixtisarla təqdim edir:

- Əli bəy, yaz sessiyasının ardınca növbədənkənar sessiya da işini yekunlaşdırdı və tətil dövrü başladı. Sessiyaları necə dəyərləndirirsiniz? Necə deyərlər, deputatlar tətilə getməyi haqq etdilərmi?

- (Gülərək) Deputatların yay tətili haqqı var. Bu, qanunvericiliklə, deputatın statusu və nizamnamədə nəzərdə tutulub. Hesab edirəm ki, yaz sessiyası və növbədənkənar sessiyanın yekunları çox uğurlu olub. Ədliyyə orqanlarında həyata keçirilən islahatlarla bağlı qanun layihəsini xüsusi vurğulamaq istəyirəm. Onun birinci hissəsi icra haqqında qanunla bağlı idi. Xatırlayırsınızsa, ənənəvi olaraq deputatlar, parlamentdə hökumətin hesabatı zamanı məsələ qaldırırdılar ki, çoxlu sayda məhkəmə qərarları var ki, icra olunmayıb. Çünki ədalət mühakiməsinin həyata keçməsi təkcə məhkəmə qərarının çıxarılması zamanı deyil, həm də məhkəmə qərarı icra olunduğu halda baş tutur. Amma bu sahədə problemlər çox idi və hələ də çoxdur. Çünki iş yükü, qərarlar çoxdur, bu işi icra edəcək şəxslər say baxımından azdır.

- Müzakirələrdə sizin də bu barədə fikirlərinizi eşitmişik...

- Bəli. Elə qərarlar var ki, onların icra olunması mümkün olmur. Elə qərarlar var ki, onlar bizim münasibətlərdən irəli gəlir. Misal üçün, təminatsız kreditlər, düşünürəm ki, gələcəkdə bu məsələyə mütləq qayıtmalıyıq. Yəni nə qədər ki, təminatsız kreditlər var, vətəndaş qaytara bilməyəndə məhkəmə qərarı icraya gəlib çıxır. Əgər o, qaytara bilsəydi, elə kreditini qaytarardı, məhkəmə qərarına və icraya gəlib çıxmazdı axı. Digər məsələ alimentlərlə bağlı idi. Yəni təminatsız kreditlərlə, alimentlərlə bağlı faizlər burada az qala bu qərarların 50 faizini təşkil edir. Yəni biz həmişə deyirik ki, bir milyondan yuxarıdır. Bu baxımdan hesab edirəm ki, bu qanuna etdiyimiz dəyişikliklərlə yeni sistem yaratmaq, üstəgəl, xüsusi icra haqqında qanunun sessiyanın sonunda qəbulu, bu, çox müsbət bir haldır. Əminəm ki, təşkilati işləri artıq ədliyyə orqanları həyata keçirəcək və növbəti ildən biz statistikada pozitivi müşahidə edəcəyik. Yəni hesab edirəm ki, bu il hüquq islahatları, ədliyyə orqanları, məhkəmə qərarları ilə bağlı yaddaqalan il olacaq.

- Sessiya dövründə geniş diskussiyaya səbəb olan mövzulardan biri də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər idi. Sizin qanun layihəsini təqdim edən zaman bir anonsunuz oldu ki, digər məsələlər referendumda müzakirəyə çıxarıla və qəbul oluna bilər. Payızda ümumrespublika referendumu ilə konstitusiyaya dəyişikliklər olacaqmı?

- Bu məsələ ilə bağlı bir dəfə açıqlama vermişəm. Bildirmişəm ki, bu il “Konstitusiya və Suverenlik İli”dir və bir çox tədbirlər həyata keçirilir. Həm 12 noyabr 1995-ci il konstitusiyasının 30 illiyi, həm də Qarabağ Zəfəri ilə təmin olunmuş suverenliyimizin bərpasının 5 illiyidir. Yəni bu il yubiley ilidir. Ona görə də mənim payızda referendumla bağlı heç bir proqnozum yoxdur. Bundan əvvəlki müsahibədə də bunu söyləmişəm. Amma Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişiklik etməklə bağlı anonsa gəlincə, düzü, heç gözləmirdim ki, mətbuatda belə bir rezonans doğuracaq. Çünki mən bunu sırf qanunvericilik texnikası baxımından söyləmişdim, səbəbini bir də söyləyə bilərəm. Birincisi, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası da bizim konstitusiyamızın ayrılmaz tərkib hissəsidir. Yəni konstitusiya qanunları konstitusiyamızın ayrılmaz tərkib hissəsidir. Sanki vahid bir sənəddir. Var əsas mətn, var əlavə konstitusiya qanunları. Bir neçə konstitusiya qanunlarımız var. Əgər biz konstitusiymızın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında bir dəyişiklik ediriksə və o dəyişiklik ana mətndə varsa da, söhbət burada “ali vəzifəli şəxs” ifadəsindən gedir, bu ifadə Naxçıvan Konstitusiyasından çıxarıldı. Bu, qanunvericilik texnikası baxımından artıq o deməkdir ki, ana mətndə də dəyişiklik olmalıdır. Ana mətndə də dəyişikliyin edilməsinin yolu referendumdur. Yəni heç bir halda hansısa bir zamanla bağlı proqnoz verməmişəm. Elə bir niyyətim də olmayıb. Ona görə də payızda və ya nə zamansa nəsə olacağı ilə bağlı hansısa bir proqnozum və məlumatım yoxdur, bunu açıq şəkildə deyirəm.

- Əslində referendumun keçirilməsində qeyri-adi nəsə axtarmaqdan uzağıq və burada qanunauyğunluğun olduğuna da şübhə etmirik. Üstəlik, muxtar respublika ilə bağlı dəyişikliklərdən sonra tamamilə məntiqlidir.

- Hətta mən sizə deyim, qanunvericilik texnikası baxımından artıq bu, bir zərurətə çevrilib. Mümkün deyil ki, mətnin bir hissəsində bir ifadə qalsın, digər hissəsində isə qalmasın. Ola bilsin ki, mənim sadəcə onun müjdəsini vermək, onu söyləmək niyyətim olub ki, qanunvericilik nöqteyi-nəzərindən məsələ belədir.

- Proporsional və majoritar sistemin paralel şəkildə tətbiq oluna biləcəyi iddiaları var. Bütün bunlara zərurət varmı və yaxud bütün bu iddialar nəyəsə əsaslanırmı?

- Mənim indi söyləyəcəyim fikirlər sırf ekspert, ya bir hüquqşünasın baxışı kimi qəbul olunmalıdır, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri kimi yox. Yəni hansısa bir fikirlərə münasibətdir. Məsələn, majoritar və proporsional seçki sistemi ilə bağlı mənim birmənalı mövqeyim ondan ibarətdir ki, proporsional seçki sisteminin bərpasına heç bir ehtiyac yoxdur.

- Dövlət siyasi partiyaların inkişafına önəm verdiyini daim bəyan edir, yeni qanun qəbul olunub. Bu sistemin bərpası ümumi işin xeyrinə olmazmı?

- Siyasi partiyaların inkişafı ilə bağlı son illər görülən işlər öz bəhrəsini verir. Siyasi partiyalar haqqında biz yeni qanun qəbul etdik, çox ciddi müzakirələr oldu. Siyasi partiyaların yeni bir konfiqurasiyası mövcuddur. Onlarla əməkdaşlıq barədə onu deyə bilərəm ki, zamanında Prezident Administrasiyasında xüsusi şöbə yaradıldı, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi. Bu, çox mühüm bir addım idi. Ondan sonra partiyalarla iş fərqli müstəvidə quruldu, “Siyasi partiyalar haqqında” Qanun qəbul edildi. Yəni demək istəyirəm ki, siyasi partiyaların inkişafını biz onsuz da müşahidə edirik və “siyasi partiyaların inkişafından ötrü proporsional seçki sisteminin bərpa olunmalıdır” arqumentini mən qəbul etmirəm. Bir də müsbət hal onu görürəm ki, bu gün Azərbaycanda siyasi partiyalar, demək olar ki, böyük əksəriyyəti dövlətçilik, milli maraqlar mövzusunda vahid mövqedən çıxış etdilər. Bu, çox pozitiv bir hadisədir, çox ciddi bir nailiyyətdir və hesab edirəm ki, dövlət quruculuğumuzun da, ümumiyyətlə, dövlətimizin əldə etdiyi müsbət nailiyyətlərin də vacib bir elementidir.

- Bəs deputat sayının artırılmasına münasibətiniz necədir? Burada da məntiq görmürsünüz?

- Yox, bunlar hamısı texniki məsələlərdir. Bir sıra ölkələrdə ikipalatalı sistem mövcuddur. Bu, maraqlı sistemdir.

- Azərbaycanda tətbiq oluna bilərmi?

- Mənim belə düşüncəm yoxdur. Bir daha söyləyirəm, əhali sayı və ərazi, məncə, onun üçün kifayət deyil. Amma bu, maraqlı bir modeldir. Çünki ikipalatalı sistemdə ikinci palata təyinatlıdır, birinci palata isə seçkilidir. Birinci palatada daha geniş müzakirələr olur. Amma üst palata sonra hansısa bir qərarlarda balanslayıcı rol oynayır. Bu maraqlı modeldir. Amma yenə deyirəm, bu, sadəcə, bir baxışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 İyul 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri