Rəssam dırnaqları ilə dünya rekordu qırdı
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Vyetnamlı rəssam Lu Konq Nquyen 34 il ərzində dırnaqlarını kəsmədiyi üçün "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Ölkə.az xəbər verir ki, onun dırnaqlarının ümumi uzunluğu 5,9 metrdir. Bu da orta ölçülü bir yetkin zürafənin boyundan uzundur.
“Atam şaman idi. Mən isə müəllim olmaq istəyirdim, buna görə də dırnaqlarımı uzatdım ki, daha əzəmətli görsənsin” deyə, Lu Konq Nquyen bildirib.
Lu əlavə edib ki, atası onun müəllim olmaq arzusunun qarşısını alıb, lakin o, dırnaqlarını uzatmağa davam edib:
“Dırnaqlarım getdikcə daha da uzanırdı. Əgər onları kəssəydim, özümü çox narahat hiss edərdim, həm mənəvi, həm də fiziki cəhətdən tükənmiş olardım”.
Rəssamın sözlərinə görə, uzun dırnaqlara qulluq etmək böyük zəhmət tələb edir:
“Əgər yağış yağsa, onları quru saxlamağa çalışıram. Əgər islanarlarsa, yumşalıb qopa bilərlər. Kiminsə dırnaqlarıma toxunması onları sındıra bilər, ona görə daim ehtiyatlı olmalıyam. İş zamanı da çox diqqətli davranmalıyam. Hər dəfə yuxarı qalxarkən və ya enərkən hərəkətlərimi əvvəlcədən planlaşdırmalıyam”.(axsam.az)
Baxış sayı:122
Bu xəbər 02 Oktyabr 2025 07:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















