Rəssamlıq Akademiyasının müəllim və rəssamlarının əsərləri İstanbulda sərgilənir
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İstanbul, 23 may, Günel Karatepe, AZƏRTAC
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) müəllim və rəssamlarının əsərləri İstanbulda keçirilən V Beynəlxalq Çağdaş Sənət Sərgisində nümayiş etdirilir.
AZƏRTAC xəbər verir ki, “ArtContact İstanbul” mövzusunda təşkil edilən tədbirdə dünyanın 42 ölkəsindən mindən artıq sənətçinin müxtəlif mövzu və üslublarda hazırlanan əl işləri sərgilənir.
Sərgidə ölkəmizdən Azərbaycan Rəssamlıq Akademiyası nəzdində Rəssamlıq Kollecinin direktoru Elşad Əhmədov, Bəxtiyar Yusifov, Ramil Məmmədov, Rahib Qarayev, Jalə Əliyeva, Namiq Hüseynov, Fərhad Dadaşov, Nəzrin Xələfova və Fəxriyə Əliyeva kimi Azərbaycan Rəssamlar İttifaqının doqquz gənc rəssam və heykəltəraşının yağlı boya ilə çəkilmiş yetmişdən çox əsəri və xüsusi heykəlləri yer alır.
Bu il beşinci dəfə keçirilən sərgidə gənc rəssamlarımızın iştirakı Dünya Azərbaycanllarının Əlaqələndirmə Şurasının üzvü, Xarici Ölkələrdə Yaşayan Rəssamlar Birliyinin sədri, Azərbaycanın Əməkdar rəssamı, profesor Teymur Rzayevin təşəbbüsü ilə həyata keçirilib.
Sərgidə eləcə də Türkiyədə fəaliyyət göstərən rəssamlarımız Əhməd Rza, Tarıyel və Pərvanə Əlizadələr və Vaqif Zeyidquliyevin də əl işləri nümayiş etdirilir.
Bundan əlavə, Tüymur Rzayevin təşəbbüsü ilə sərgi məkanında uzun illər Türkiyə fəaliyyət göstərmiş azərbaycanlı rəssam Ziyad Sultanovun xatirəsinə həsr edilən xüsusi stend yaradılıb. Sənətkarın vəfatının ildönümü ilə əlaqədar açılan stenddə onun əsərləri və portreti yerləşdirilib.
Sərgi ilə bağlı AZƏRTAC-a müsahibə verən “ArtContact İstanbul”un İdarə Heyətinin sədri Bilgin Aygül ötən bu beş il ərzində sərgini daha beynəlxalq və tanınan etmək üçün iştirakçılar, sənətçilər və kolleksiyaçılarla birlikdə böyük bir zəhmət, mübarizə sərf etdiklərini deyib.
İncəsənətin fərqli növlərini özündə əks etdirən sərgi çərçivəsində sənətkarların iştirakçılarla görüşləri və ustad dərsləri kimi müxtəlif tədbirlər də təşkil edilir.
Baxış sayı:62
Bu xəbər 23 May 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















