Icma.az
close
up
RU
Restoran dadını evdə hazırlayın: Kremalı və...

Restoran dadını evdə hazırlayın: Kremalı və...

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məşhur restoranların dadını evdə hazırlamaq istəyənlər üçün ləziz və doyumlu menyu. Kremalı və körili toyuq, qaymaqlı makaron və təzə salatın birləşməsindən ibarət bu süfrə həm ailə, həm də qonaqlar üçün ideal seçimdir.
Demokrat.az
evdə asanlıqla hazırlaya biləcəyiniz “Tavuk Dünyası” üslubunda menyunun reseptini təqdim edir.
Lazım olan ərzaqlar
Körili və kremalı toyuq üçün:
500 qram toyuq filesi
4-5 xörək qaşığı zeytun yağı
1 paket maye qaymaq
1 çay qaşığı köri
Keklikotu, şirin qırmızı toz bibər və duz
Qaymaqlı makaron üçün:
1 paket makaron
1 paket maye qaymaq
1 xörək qaşığı kərə yağı
Keklikotu və duz
Salat üçün:
Marul
1 ədəd yerkökü
Yaşıl soğan
Limon suyu
Zeytun yağı
Duz
Hazırlanma qaydası
1. Toyuğu marinad edin
Toyuq filesini kub formasında doğrayın. Üzərinə zeytun yağı, keklikotu və qırmızı toz bibər əlavə edib qarışdırın. Ədviyyatların ətə hopması üçün soyuducuda təxminən 1 saat saxlayın.
2. Makaronu hazırlayın
Makaronu duzlu suda bişirib süzün. Ayrı tavada kərə yağını əridin və üzərinə qaymaq, duz və keklikotu əlavə edin. Makaronu sousa əlavə edib vam odda bir neçə dəqiqə qarışdırın.
3. Salatı hazırlayın
Marul, yerkökü və yaşıl soğanı yuyub doğrayın. Limon suyu, zeytun yağı və duzu salata süfrəyə verməzdən əvvəl əlavə edin.
4. Toyuğu qızardın
Tavanı yaxşı qızdırın və marinad edilmiş toyuqları hissə-hissə əlavə edin. Toyuqları çox sıx yerləşdirməmək vacibdir. Əks halda ət qızarmaq əvəzinə suyunu buraxa bilər.
Toyuqları hər iki tərəfi qızılı rəng alana qədər yüksək odda bişirin. Daha sonra üzərinə qaymaq, köri və bir qədər duz əlavə edin. Sous qatılaşana qədər bir neçə dəqiqə bişirin.
Hazır toyuğu qaymaqlı makaron və təzə salatla birlikdə servis edin.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Avqust 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see331

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see322

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see312

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see305

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see304

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see276

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see274

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see267

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see267

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see264

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see252

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see247

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see246

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see215

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see214

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see206

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see190

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see190

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri