Restoran yeməkləri insanı öldürə bilər
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-də tez-tez restoran yeməklərindən istifadə etdiyi üçün kişiyə ciddi qaraciyər xəstəliyi diaqnozu qoyulub.
“Cebheinfo.az” bu barədə “Daily Mail”-ə istinadən yazır.
"O, həftədə ən azı beş gecə çöldə yemək yeyirdi. O, yağlı yeməklərdən o ədər də çox istifadə etməyib", - deyə məqalədə deyilir.
Kişi daimi yorğunluq hissindən şikayət etməyə başlayıb, bundan sonra həkimlərin müayinəsindən keçmək qərarına gəlib. Testlər ciddi bir qaraciyər xəstəliyini aşkar edib. Məlum olub ki, qaraciyərdə yağ yığılır və iltihaba səbəb olur.
"Bundan əlavə, mən tez-tez yeməkləri gec bitirir və yeni yemək sifariş verirdim. Nə qədər gizli yağ istehlak etdiyim barədə heç bir fikrim yox idi. Asiya mətbəxinə üstünlük verirəm, lakin sousların bu qədər yağlı olduğunu düşünmürdüm", - deyə o, nəşrə bildirib.
Adəm adlı bu şəxsin vaxtaşırı idmanla məşğul olduğu qeyd edilir. Lakin o, daim xroniki yorğunluq yaşayıb, lakin bunu iş səbəbiylə yorğunluqla əlaqələndirib.
Belə bir diaqnozun son nəticədə sirroza gətirib çıxara biləcəyi, eyni zamanda ölümcül qaraciyər xərçənginin xəbərçisi olduğu vurğulanır.
Xəzər
“Cebheinfo.az”
Baxış sayı:69
Bu xəbər 07 Avqust 2025 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















