Icma.az
close
up
RU
Restoranda hesabı ödəyəndə diqqətli olun! Xidmət haqqı...

Restoranda hesabı ödəyəndə diqqətli olun! Xidmət haqqı...

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qanunvericilikdə restoranlarda xidmət haqqı barədə heç bir müddəa yoxdur. Lakin biz bu məsələlərlə bağlı dövlət orqanları qarşısında məsələ qaldıranda cavab verirlər ki, bura özəl ərazidir və sahibkarlar daxili qaydalarını özləri müəyyən edə bilərlər. Çox təəssüf ki, reallıq belədir”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. Onun sözlərinə görə, birmənalı şəkildə istehlakçı xidmət haqqı barədə öncədən məlumatlandırılmalıdır:

“Menyuda mütləq bu barədə qeyd olunmalıdır. Düzdür, elə hallar ola bilər ki, istehlakçı restoranda xüsusi kabinet sifariş edər və orada multimedia, televiziya, yaxud digər əlavə qurğulardan istifadə olunar. Belə vəziyyətdə, əlbəttə, müştəri xidmət haqqı ödəməyə borcludur. Qanunvericilik bunu birbaşa qadağan etmədiyi üçün həmin təcrübə artıq bir neçə ildir ki, Azərbaycanda tətbiq olunur. Marqarita pizza

Ümumiyyətlə, bu, dünyanın bir çox ölkələrində var. Hətta Avropada gördüm ki, hesaba 10% xidmət haqqı əlavə edilməklə yanaşı, çekdə boş xana da qoyulur. Əgər ofisianta əlavə bəxşiş vermək istəsəniz, həmin məbləği də orada yazıb altından imza çəkirsiniz. Belə çeklərdə müştərinin telefon nömrəsi, adı və soyadı da qeyd olunur”.

E. Hüseynov qeyd edib ki, bütün dünyada istehlakçı hüquqları get-gedə zəifləyir və istehlakçıların açıq şəkildə soyulması baş verir:

“Lakin elə ölkələr də var ki, orada xidmət haqqı anlayışı ümumiyyətlə yoxdur. Ancaq unudulmamalıdır ki, biznes qurumları bütün hallarda gəlirlərini istehlakçının hesabına formalaşdırırlar. Adını "xidmət haqqı" qoymasalar belə, həmin xərci elə yeməyin qiymətinin üzərinə gəlib yenə də insanlardan alırlar. Biz istehlakçılar sadəlövhlük etməməliyik – pul onsuz da bizdən çıxır. Sadəcə, bütün hallarda istehlakçı xidmət haqqı ödəyən zaman mütləq kassa (fiskal) çeki tələb etməlidir."

Cəlalə Cəlalqızı 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 İyul 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri