Icma.az
close
up
RU
Restorandan kağız menyu tələb etmək ən təhlükəsiz üsuldur EKSPERT

Restorandan kağız menyu tələb etmək ən təhlükəsiz üsuldur EKSPERT

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

QR kod skanı təhlükə yarada bilər


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşları küçə, dayanacaq, park və digər ictimai məkanlarda saxta QR-lara qarşı diqqətli olmağa çağırıb.

Elektron Təhlükəsizlik Xidmətinin məlumatında bildirilib ki, son zamanlar küçə, dayanacaq, park və digər ictimai məkanlarda, eləcə də sosial şəbəkələrdə "SCAN ME" şüarı ilə yayımlanan rəngli QR-kod afişalarına rast gəlinir. Həmin QR-lar vasitəsilə vətəndaşlar iş təklifi, endirim kampaniyası və ya karyera imkanı ilə bağlı saxta "Teleqram" kanallarına yönləndirilirlər və sosial mühəndislik üsulları ilə fərdi məlumatlarının təqdim olunması istənilir.

Vətəndaşlardan, əsasən, bank kartı məlumatları, şəxsiyyət vəsiqəsinin surəti, şəxsi şəkilləri (selfie) və SMS-lə göndərilən doğrulama kodları tələb olunur. Bu məlumatlar vasitəsilə bank hesablarına çıxış əldə edilməsi, onlayn kredit rəsmiləşdirilməsinə cəhdlər edilir.

Xidmət vətəndaşlara təsadüfi küçə afişalarında və ya sosial şəbəkələrdə yayılan naməlum QR-lara qarşı diqqətli olmağı, tanımadıqları mənbələrdə heç bir halda bank kartı və digər fərdi məlumatlarını paylaşmamağı tövsiyə edir.


İKT mütəxəssisi Rəşad Zeyvəliyevin sözlərinə görə, ən aktual kiberdələduzluq metodu fişinqdir. Ekspert qeyd edib ki, kiberdələduzlar bu hücum növündən məharətlə istifadə edir və bir çox hallarda da qurbanları çox olur: 

“Bu gün günümüzdə ən çox istifadə olunan fişinq metodundan biri də məhz QR kodlardır. Artıq demək olar ki, bütün restoranlarda menyular QR-la təqdim olunur. Əyləşdik restoranda, QR kodu scan etdik və restoranın menyusuna bənzər saxta bir menyu və ya saxta ödəmə səhifəsi, yaxud da menyunu telefonunuza “yükləyin” seçimi gəldi. Android cihazlar üçün QR kod skan vasitəsilə “yüklənəcək” fayl böyük bir təhlükə deməkdir. Əgər o yüklənən saxta menyu içərisində zərərli proqram telefonunuza yüklənirsə, o zaman ciddi zərərlə qarşı-qarşıya qalmış ola bilərsiniz. Bir çox hallarda android cihazlar zərərli proqramı tanımır və həmin yüklənən proqram arxa fonda işləməyə, sizin məlumatları toplamağa başlayır. Siz nə vaxt ki, gecə yatdınız, biz buna “kriminal saat aralığı deyirik” o zaman dələduzlar telefonunuzda olan məlumatları artıq öz tərəflərinə köçürməyə başlayacaqlar. Müəyyən analizlər göstərir ki, bütün kibercinayətlər qlobal dünyada ən çox gecə  saat 2-5 arası baş verir”.


Qorunma metodlarına toxunan mütəxəssis qeyd edib ki, QR kod skan edərkən açılan səhifənin həmin restoranın rəsmi səhifəsi olub-olmamasını araşdırmaq lazımdır: 

“Əgər QR kod skan edərkən sizi avtomatik olaraq hər hansısa ön ödəmə səhifəsinə yönləndirirsə, oraya öz şəxsi və kart məlumatlarınızı daxil etməyin,

QR skan edərkən cihaza menyunu yükləməyə məcbur edirsə, buna icazə verməyin və restorandan kağız formasında menyu tələb edin. Unutmayın. kiber fəzada ən zəif bənd biz insanlardır, cihazlar deyil”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 İyun 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri