Icma.az
close
up
RU
Restoranlara ulduz verilməsi nəyi dəyişəcək? AQTA sertifikatları sağasola paylayıb AÇIQLAMA

Restoranlara ulduz verilməsi nəyi dəyişəcək? AQTA sertifikatları sağasola paylayıb AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu ilin may ayında ölkəmizdə restoranlara da otellər kimi ulduz kateqoriyalarının verilməsi ilə bağlı proseslərə start verilib.

Bəs restoranlara ulduz verilməsi, qiymətlərə, keyfiyyətə necə təsir edəcək? 

Mövzu ilə əlaqədar Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Redaktor.az-a açıqlamasında bildirdi ki, otellərin kateqoriyaya bölünməsi ilə restoranların ulduz təsnifat sisteminə qatılması tamamilə fərqlidir:

"Bu təşəbbüs Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) çıxıb. Biz heç başa düşə bilmirik ki, bu, niyə onlardan çıxmalıdır? AQTA restoranların işi ilə məşğul olur, yoxsa ancaq qida təhlükəsizliyi məsələləri ilə məşğuldur? Çünki restoran fəaliyyəti yalnız qida təhlükəsizliyi ilə kifayətlənmir, digər qaydalar, tələblər də var. Bəyanatda belə göstərilib ki, risk göstəriciləri əsasında 3-5 ulduzluq reytinq yaranacaq. Ola bilər ki, ulduz sözü burada kimisə çaşdırır. Amma hotellərin təsnifat sistemi ilə bunu qarışdırmayaq. Qiymətəmi, keyfiyyətəmi təsir göstərəcək, ya ümumiyyətlə nəyəsə təsir göstərəcəkmi, bu barədə indi nəsə demək çətindir. Qoy bu tətbiq edilsin, 2, 3, 5  restoran ora müraciət etsin, sonra bunun nəticəsi ilə bağlı fikir bildirmək olar".

O qeyd etdi ki, hər hansısa yeni qaydaların, yeni tələblərin tətbiq edilməsi çox gözəldir, amma onların icrası zamanı bir çox boşluqlarla üzləşirik:

"Hansılar ki, həmin o qəbul olunmuş qaydaların tətbiq edilməsinə, tam realizə edilməsinə bir qədər mane olur. Bu günə qədər AQTA hansısa restoranlara sertifikat və yaxud onların fəaliyyətini tənzimləyən bir sənəd tətbiq etməyibmi? Edib. Bizim də heç vaxt xoşumuza gəlməyən, xidmət qaydasını pozan, qida təhlükəsizliyi qaydalarına, şəxsi gigiyena qaydalarına riayət etməyən restoran, kafe, dönər, fəstfudların üzərində AQTA tərəfindən verilmiş sertifikatlar var. Məncə, əvvəl gərək biz bu məsələni bir tənzimləyib qaydaya salardıq, ondan sonra digər reytinqlərə əl atardıq. Mən düşünürəm ki, bu yersiz idi. Ümumiyyətlə, bu reytinqin ortaya atılmasından əvvəl həmin qurum verdiyi sertifikatları sağa-sola paylayıb. Burada müəyyən uyğunsuzluqlar var ki, onları aradan qaldırmaq lazımdır. Daha sonra hansısa yeni sistemə əl atmaq olar", - deyə Samir Dübəndi bildirdi.

Sevinc İBRAHİMZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Dekabr 2024 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see222

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see216

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see198

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see168

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see166

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see156

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see150

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see147

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see140

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see139

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see137

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see137

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see135

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see134

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see134

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see132

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see132

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see131

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see129

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri