Qadın futbolunda ilin ən yaxşı qol müəllifi bəlli oldu
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
FİFA qadın futbolçular arasında ilin ən baxımlı qol müəllifini mükafatlandırıb.
QOL.az xəbər verir ki, "Orlando Prayd" klubunun meksikalı futbolçusu Lizbet Jaklin Ovalye qadın futbolunda ilin ən baxımlı qoluna görə FİFA-nın "Marta mükafatı"nı qazanıb.
Bu mükafat kişi futbolunda ən baxımlı qola görə verilən Puşkaş mükafatının analoqudur. Qadın versiyası hazırda elə "Orlando Prayd"da çıxış edən braziliyalı ulduz Martanın şərəfinə adlandırılıb. Mükafat 2024-cü ildən etibarən təqdim olunur və onun ilk qalibi məhz Martanın özü olub.
Bu il mükafat uğrunda 11 futbolçu mübarizə aparıb və namizədlər arasında Martanın adı da yer alıb.
Qeyd edək ki, Lizbet Jaklin Ovalye 2017–2025-ci illərdə Meksikanın "UANL Tiqres" klubunun formasını geyinib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 16 Dekabr 2025 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















