Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Rəsulzadə irsini millətə qaytaran ustad Şirməmməd Hüseynov tarix yazdı

Rəsulzadə irsini millətə qaytaran ustad Şirməmməd Hüseynov tarix yazdı

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Azərbaycan mətbuatının yorulmaz tədqiqatçısı, mərhum professor Şirməmməd Hüseynovun doğum günüdür. O, görkəmli alim, professor, Əməkdar jurnalist və Azərbaycan jurnalistikasının tanınmış tarixçisi kimi milli mətbuatın öyrənilməsinə ömrü boyu böyük töhfələr verib. Şirməmməd Hüseynovun elmi fəaliyyəti xüsusilə Azərbaycan Xalq Cümhuriyyəti və Məhəmməd Əmin Rəsulzadə irsinin tədqiqində mühüm yer tutmaqla yanaşı, həmçinin bu sahədə əvəzsiz xidmətləri ilə yadda qalıb.

Modern.az görkəmli tədqiqatçının doğum günündə professor, “Şirməmməd Hüseynov mükafatı”nın qalibi Qulu Məhərrəmli və Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidlə həmsöhbət olub.

Qulu Məhərrəmli bildirib ki, Şirməmməd Hüseynov ilk növbədə Azərbaycan ictimai fikir tarixini araşdıran görkəmli tədqiqatçılardan biri olub:

“Məhz onun araşdırmaları sayəsində Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Ömər Faiq Nemanzadə kimi böyük tarixi şəxsiyyətlərin irsi dərindən öyrənilmiş və elmi dövriyyəyə daxil edilmişdir.

Şirməmməd müəllimi digər tədqiqatçılardan fərqləndirən əsas cəhət ondan ibarətdir ki, o, təkcə nəzəri araşdırmalarla kifayətlənməmiş, gənclik illərindən etibarən publisistika və jurnalistika ilə bilavasitə məşğul olmuşdur. O, qəzet redaktoru, müxbir kimi fəaliyyət göstərmiş, jurnalistikanın bütün mərhələlərini praktik şəkildə yaşamışdır. Məhz buna görə də onun həyat təcrübəsi, dünyagörüşü, bilik və qavrayışı, eləcə də tədqiqat metodları birbaşa real həyat təcrübəsinə əsaslanırdı.

Bundan əlavə, 1950-ci illərin ortalarında Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almış və orada elmi işini müdafiə etmişdir. Bu da ona Azərbaycan mətbuat tarixini dərindən və peşəkar səviyyədə araşdırmaq imkanı verib. Onun tədqiqat metodları, tarixi şəxsiyyətlərə və proseslərə yanaşması, xüsusilə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün araşdırılması sahəsində gördüyü işlər son dərəcə qiymətlidir. Xüsusilə, parlamentinin fəaliyyəti ilə bağlı hazırladığı üçcildlik əsər bu gün ciddi və etibarlı tarixi mənbə hesab olunur”.

Professor həmçinin vurğulayıb ki, Şirməmməd müəllim, faktiki olaraq bir elmi institutun görə biləcəyi işi təkbaşına həyata keçirib:

“Onun apardığı transliterasiyalar, yazdığı məqalələr və çap etdirdiyi kitablar bu gün Azərbaycan tarixi, mətbuatı üçün əvəzsiz mənbələrdir.

O, eyni zamanda Azərbaycanda jurnalistika təhsilinin görkəmli təşkilatçılarından biri olub. Uzun illər Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Mətbuat tarixi kafedrasının müdiri vəzifələrində çalışmış, şəxsiyyəti, davranışı və yüksək mənəvi keyfiyyətləri ilə əsl və böyük bir elmi-pedaqoji məktəbin əsasını qoymuşdur”.

Qulu Məhərrəmlinin sözlərinə görə, son illərdə onun fəaliyyəti xüsusilə məhsuldar olub:

“Cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadənin çoxcildlik əsərlərinin nəşri, Üzeyir Hacıbəylinin iki cildliyinin hazırlanması, Azərbaycan mətbuat tarixi, ictimai fikir tarixi, Bakı şəhərinin və nəşriyyat işinin tarixi ilə bağlı çap etdirdiyi kitablar son dərəcə qiymətli elmi mənbələrdir.

Şəxsiyyət etibarilə Şirməmməd müəllim çox parlaq bir insan, hər birimiz üçün böyük ustad idi. O, millətə təmənnasız xidmətin ən parlaq nümunələrindən biri olmuşdur. Tədqiq etdiyi Məhəmməd Əmin Rəsulzadə və Üzeyir bəy kimi böyük şəxsiyyətlərin sanki mənəvi varisi idi və onların ideyalarını sonrakı nəsillərə ötürüb.

Bu gün onun məzarını ziyarət edənlər orada yazılmış dərin mənalı sözləri oxuyurlar:
“Ata-babalarımız bizə cənnət kimi bir Azərbaycan qoyub bu dünyadan köçüblər. Bizim borcumuz da bu vətəni gələcək nəsillərə sağlam və əmanət kimi çatdırmaqdır”.

Bu amal üçün sözlə deyil, əməllə böyük vətənpərvər olmaq lazımdır. Şirməmməd müəllim də bunu həyatının bütün mərhələlərində sübut edib. Allah rəhmət eləsin!”,- deyə Q.Məhərrəmli nitqini yekunlaşdırıb.


“Sonralar həyat elə gətirdi ki, Şirməmməd müəllim "525-ci qəzet"in unudulmaz müəlliflərindən biri oldu”.

Bu sözləri isə ustadın doğum günü münasibətilə Mətbuat Şurasının sədri Rəşad Məcid söyləyib.

“Biz onunla "525-ciqəzet"in redaksiyasında, BDU-da tez-tez görüşürdük. Onun redaksiyamıza hər gəlişi həm "525"in, həm də o vaxt Dövlət Tərcümə Mərkəzində yerləşən digər mətbuat orqanlarının əməkdaşları üçün əsl bayrama çevrilirdi. Şirməmməd müəllimin maraqlı söhbətlərindən doymaq olmurdu. Həmin illərdə o, Məhəmməd Əmin Rəsulzadənin, Üzeyir Hacıbəylinin dərc olunmamış əsərlərini "525-ci qəzet"də silsilə şəkildə nəşr etdirirdi - bu böyük şəxsiyyətləri də "525"in müəlliflərinə çevirmişdi. Qəzet üçün göndərdiyi yazılarda hər bir sözün üstündə əsərək böyük diqqət göstərir və redaksiyanın kollektivini də səfərbər edirdi - jurnalistikada aldığımız nəzəri dərsi həm də praktikada da ustadımızdan öyrənirdik”.

R.Məcid qeyd edib ki, Şirməmməd müəllimin "525-ci qəzet"in şənbə saylarında mütəmadi olaraq tarixi araşdıran yazılarını hər kəs səbirsizliklə gözləyirmiş:

“Hər dəfə redaksiyaya müraciət edəndə bilirdik ki, mətbuat tariximizlə bağlı nəsə yeni material gətirəcək, bilinməyən məqamları ortaya qoyacaq. Şirməmməd Hüseynovun zəhmətkeşliyi, fədakarlığı, klassik irsə, milli dəyərlərə münasibəti bizi heyrətləndirirdi və hamımız ondan necə məsuliyyətli olmağı öyrənirdik. Hər xırda söz, hadisə Şirməmməd müəllim üçün əhəmiyyətli idi və hər məsələyə dəqiqliklə yanaşırdı. Vaxtilə onun təşəbbüsü ilə "İrşad", "Həyat" və "Açıq söz" qəzetlərinin ilk saylarının, "Azərbaycan" qəzetinin cümhuriyyətin bir illiyinə həsr olunmuş 28 May, eləcə də parlamentin açılışına həsr olunmuş nömrələrinin transliterasiyasını "525"in içərisində xüsusi buraxılış kimi çap etmişdik. Bunlar həm mətbuat tariximizlə daha yaxından tanış olmaq baxımından, həm də tariximizi gənc nəsillərə sevdirmək cəhətdən çox əhəmiyyətli məqamlar idi”.

Müsahibimiz onu da əlavə edib ki, cümhuriyyət və mətbuat tariximizlə bağlı ən ciddi məsələlərə Şirməmməd müəllimin münasibətini, tapdığı yeni faktları, üzə çıxardığı yazıları "525"də şövqlə, məmnuniyyətlə çap ediblər:

“Şirməmməd müəllim son illərdə də bir neçə dəfə qəfildən redaksiyamıza qonaq gəlmişdi. Mən də, redaksiyanın əksər əməkdaşları da onun - ustadımızın hüzurunda sayğıyla dayanır, eyni zamanda Şirməmməd müəllimlə birlikdə çəkdirdiyimiz şəkillərimizi sosial şəbəkələrdə paylaşmaq fürsətini də fövtə vermirdik...

Şirməmməd müəllimsiz həyatımızda dərin bir boşluq yaransa da, Ustadımızın nurlu xatirəsi daim bizimlədir. Allah rəhmət eləsin!",- deyə R.Məcid bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:307
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Dekabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri