Icma.az
close
up
RU
Rəsulzadənin bayrağını Elçibəyə verdik, o isə... Cəmil Ünal

Rəsulzadənin bayrağını Elçibəyə verdik, o isə... Cəmil Ünal

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məhəmməd Əmin Rəsulzadə müqəddəs bir idealın simvolu olaraq iyirmi il gəzdirdiyi üçrəngli bayraqla Ankaraya qayıtdıqdan sonra yoxsulluq içində qurduğu mübarizə mərkəzi – Azərbaycan Mədəniyyət Dərnəyini yaratdı.

O, Varşavada evləndiyi polşalı Vanda adlı qadınla sadə həyat sürərkən, Ankarada tanış olduğu azərbaycanlı və türkçü dostları ilə yeni bir mübarizə mərkəzi yaratmaq yolunda ilk addımlarını atdı. 1949-cu il fevralın 1-də əsası qoyulan Azərbaycan Mədəniyyət Dərnəyi başladığı iş və konfranslarla tədricən məktəb siması qazandı. Burada yetişən nəsillərə 1918-ci il 28 may tarixli milli dövlətin əbədi yaşayacaq ideya və idealları danışıldır. Bu idealların yaradıcıları M.Ə.Rəsulzadə və onun dostlarıdır.

Rəsulzadə irsi Türkiyədə yetərincə təbliğ olunurmu, bu istiqamətdə görüləcək hansı işlər var?

Globalinfo.az-a danışan Ankaradakı Azərbaycan Mədəniyyət Dərnəyinin rəhbəri Cəmil Ünal deyib ki, mayın 25-də Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümünə həsr olunmuş böyük tədbir keçirilib:

“1955-ci ildə Rəsulzadənin vəfatından bugünədək onun irsini yaradan, yaşadan Azərbaycan Mədəniyyət Dərnəyi, Azərbaycan Milli Mərkəzi, eləcə də AXC-ni quran “Müsavat” partiyası olub. M.Ə.Rəsulzadənin yatdığı “Anıt qəbir”i biz mühafizə edirik. İnsanlar onun məzarını ziyarət edir. O bizə əmanətdir. Əlbəttə ki, burada nə lazımdırsa edilir. Rəsulzadənin yolu davam etdirilir. Bu dərnək 76 ildir Türkiyədə fəaliyyətini davam etdirirsə, deməli, vacib qurumdur. M.Ə.Rəsulzadənin 1924-cü ildə İstanbulda qurduğu Azərbaycan Milli Mərkəzi də bura daxildir.

Cəmil Ünal

Türkiyədəki Azərbaycan Mədəniyyət Dərnəyi 76 ildir Rəsulzadənin irsini qoruyur. 7 dekabr 1918-ci ildə AXC parlamenti açıldığı zaman Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” deyə işarət etdiyi bayraq belə burada idi. 1992-ci ildə Ankarada səfirliyin açılışı zamanı həmin bayrağı Azərbaycanın keçmiş prezidenti rəhmətlik Əbülfəz Elçibəyə təqdim etdik. O da göndərəcəkdi, sonra nə oldu, bilmədim”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 May 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri