Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

“Rettungsgasse” bizdə də ola bilərmi? VİDEO

“Rettungsgasse” bizdə də ola bilərmi? VİDEO

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Almaniya ilə bağlı videolarda qarşımıza vaxtaşırı belə bir səhnələr çıxır: avtomobillər sağa və sola çəkilərək təcili yardım üçün yol açır. Beləcə, operativ nəqliyyat vasitəsi təyinat yerinə sürətini azaltmadan gedə bilir. 

Bizdə də operativ nəqliyyat vasitələrinə (ONV) yol vermək məsələsi vaxtaşırı gündəlikdə olur. Bəzən təcili yardım və ya yanğınsöndürənlər hansısa sürücünün onlara yol verməsi/verməməsi barədə videolar paylaşırlar. Obyektivlik naminə demək lazımdır ki, 10-15 il əvvəlki ilə müqayisədə bu sahədə ciddi irəliləyiş var. Maarifləndirmə və cərimələr də müsbət mənada sözünü deyir. Lakin, məsələnin başqa tərəfləri də var.

Fərdi olaraq Azərbaycanda əksər sürücülər ONV-yə yol vermək lazım olduğunu bilir və buna kifayət qədər əməl edirlər. Lakin, tək əldən səs çıxmadığı kimi, məsələ kütləvi olmadığı üçün hələ arzuolunan nəticə əldə edilməyib. Bunun üçün sistemli yeniliklər tətbiq edilməlidir.

Məsələn, Almaniyada  “Rettungsgasse” (retunqsqazze – xilasetmə dəhlizi) deyilən sistem mövcuddur. Sistem tıxacların formalaşmağa başladığı 60-cı illərdən tətbiq edilir. XX əsrdə isə Mərkəzi Avropanın bir çox dövləti bu sistemi müəyyən dəyşikliklərlə tətbiq edib. Bəs sitem necə işləyir?

Qaydaya görə hərəkət yavaşladıqda və ya dayandıqda 3 və daha çox cərgəli yolda avtomobillər sola və sağa çəkilməklə orta yolu boşaldırlar. Bu zaman kənara çəkilən avtomobillər ehtiyat və ya xüsusi ayrılmış yola da girə bilər. 

Qayda sürücülük məktəblərində öyrədilir və qanunla təsbit edilib. ONV-yə yol verməməyə görə 300 avroyadək cərimə və 2 cərimə balı nəzərdə tutulur. Xüsusi təyinatlı texnika üçün boşaldılmış yoldan ötmək və ya qabağa düşmək məqsədi ilə istifadə edənlər isə həbs olunur!

Sistem Azərbaycanda da tətbiq edilə bilər. Prinsipcə, qanunvericilik beynəlxalq normalara uyğun olaraq ONV-yə yol verilməsini sürücülər qarşısında tələb kimi qoyur.

Lakin, bütün hallarda sürücünü ittiham etmək mümkün deyil. Bəzən təcili yardım sürücüsü qısa müddət siqnal verdiyi üçün sürücülər səsin hardan gəldiyini bilmirlər.

Yaxud, yanğınsöndürən avtomobilin sürücüsü yalnız tıxacda obrazlı desək, dirəndikdən sonra qarşısındakı sürücüdən mikrofonla yol istəyir. Hər 2 halda sürücülər istəsələr belə, tələbi yerinə yetirə bilmirlər. Digər tərəfdən, qanuna görə ONV-nin üstünlüyü yalnız sayrışan işıqlar və səs siqnalları qoşulduğu halda yaranır. 

Mental olaraq azərbaycanlı sürücülər sayrışan işıqla hərəkət edən avtomobilə yol verməyin zərurətini anlayırlar (şəxsən rastlaşdığım hadisə: Yasamal rayonunun talıblı küçəsində təcili yardıma yol vermək üçün 2 VAZ-2107-nin sürücüləri avtomobili səkiyə qalırdılar. Onlardan biri dərhal maşından düşərək ara küçədən çıxmaq istəyən nəqliyyat vasitələrini dayandırdı. 2 gənc bu davranışı ilə əsl vətəndaşlıq ümunəsi göstərdi. Bu həm də 2107 sürücüləri barədə avtoxuliqan reputasiyasının formalaşdığı dövrdə baş verib).

Lakin fərdi davranışın kütləviliyə çevrilməsi üçün də müəyyən mərhələnin aşılması vacibdir. Bunun üçün ilk növbədə ONV-yə yol verilməsi məsələsi tədris proqramına salınmalı, mediada təbliğat kampaniyaları aparılmalıdır. 

Ən başlıcası isə sovetdənqalma sürücülük vərdişlərindən xilas olmaq zəruridir. Bu gün gecə saatlarında Şərifzadə və ya Azadlıq prospektinə sıxlıq vaxtı avtomobillərə baxsaq, xaotik hərəkətin şahidi olarıq. Azərbaycan yollarında cizgilərin, üfüqi nişanlama xətlərinin olmadığı dövrdən qalmış vərdişlər təəssüf ki, bəzi sürücülər üçün norma olaraq qalır. Buna görə də “yola sığmayan sürülər” fenomeni yaranır. 

İkinci pis vərdişimiz isə şəhər yollarında ara məsafəsinə məl edilməməsidir.  Tıxac vaxtı bəzi avtomobillərin arasından distansiya hətta 1 piyadanın təhlükəsiz keçə bilməyəcəyi qədər olur (bu məsələnin öhdəsindən bəzi ölkələr 70-ci illərdə çox primitiv üsulla gəliblər: polis 2 və ya 3 metrlik taxta profillə svetoforda dayanan avtomobillər arasında məsafəni ölçür. Profil yerləşməsə, cərimə yazılırdı. İndi bunu radarlar edir).

Bu 2 pis vərdiş aradan qalxamayanadək retunqsqazzenin qurulması mümkün olmayacaq. Ancaq bədbinliyə qapılmağa ciddi əsas yoxdur. Yollarımızdakı 15 il əvvəlki vəziyyətlə indiki arasında müsbət mənada diametral fərq mövcuddur.

Vüqar Yaşaroğlu

YouTubehttps://www.youtube.com/watch?v=rwD9_XRlhkY

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 Sentyabr 2026 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see501

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see474

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see283

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see264

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see257

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see256

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see246

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see243

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see243

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see237

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see233

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see224

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see221

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see212

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see209

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see200

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see197

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see194

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri