Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Bakıda 28 istiqamətdə sıxlıq var

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

57 yaşlı Cennifer Lopez belə formada qalır

Revmatizması olanlar üçün möcüzəvi üsul Cəmi 3 həftə...

Revmatizması olanlar üçün möcüzəvi üsul Cəmi 3 həftə...

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Yay aylarında dəniz sahilinə üz tutanların bəziləri sadəcə çimərlikdə günəşlənmək və istirahət etmək üçün oradadır. Amma bir çox insanlar üçün dəniz sadəcə dincəlmək yeri deyil, eyni zamanda təbii müalicə məkanıdır. 

Yenisabah.az xəbər verir ki, revmatizması olanlar arasında qədim və təsirli bir üsul var: isti qum terapiyası. Nəsillər boyu tətbiq edilən bu üsul təkcə xalq təbabəti deyil, elmi əsaslarla da təsdiqlənmiş faydaları olan bir müalicə üsuludur.

Qum terapiyası nədir? pizza sifarişi

Qum terapiyası bədənin müəyyən hissələrinin – əsasən ayaqların, dizlərin və ya belin – günəş altında isinmiş isti quma basdırılmasıdır. Dəniz sahilində günəşin istiliyi ilə qızmış qum dərialtı toxumalara qədər təsir edərək orada qan dövranını sürətləndirir, əzələləri yumşaldır və ağrını azaldır. Bu üsul uzun illərdir ki, revmatizm, sümük-oynaq ağrıları və əzələ tutulmaları olan insanlar üçün tətbiq olunur.

Revmatizmə necə təsir edir?

Revmatizm – bədənin əzələ, sümük və oynaq toxumalarında yaranan xroniki iltihabi xəstəliklər qrupudur. Bu xəstəlikdə əksər hallarda dizlər, ayaqlar, barmaqlar və bel nahiyəsində sızıldayan, bəzən yandırıcı ağrılar olur. Qum terapiyası isə bu ağrıların azalmasına və xəstənin həyat keyfiyyətinin yüksəlməsinə yardım edə bilər. Bunun səbəbləri aşağıdakılardır:

 Qan dövranını sürətləndirərək toxumaların qidalanmasını yaxşılaşdırır

 Əzələ və oynaqlardakı gərginliyi azaldır

  İltihab göstəricilərinin azalmasına dəstək olur

Dəniz havası, günəş işığı və torpaqla təmas sinir sistemini sakitləşdirir, bu da dolayı yolla revmatizmin şiddətini azalda bilər

Kimlər üçün uyğun deyil?

Qum terapiyasının hər kəsə uyğun olmadığını da qeyd etmək vacibdir. Aşağıdakı hallarda bu üsuldan istifadə etməmək məsləhətdir:

 Revmatizmin aktiv fazası varsa (oynaqda şişlik, qızartı, hərarət müşahidə olunursa) Hipotoniya (aşağı təzyiq), ürək-damar xəstəlikləri və ya tənəffüs problemi olan şəxslər

Hamilə qadınlar və azyaşlı uşaqlar – yalnız həkim tövsiyəsi ilə

Qum terapiyasını necə düzgün tətbiq etməli?

 Vaxt seçimi: Qum terapiyasını səhər və ya günəşin gücünün azaldığı axşam saatlarında etmək tövsiyə olunur

 Müddət: İlk seans üçün 10-15 dəqiqə kifayət edir. Daha sonra bu müddət 20-30 dəqiqəyə qədər artırıla bilər

 Tətbiq üsulu: Dizdən aşağı hissə və ya sadəcə ayaqlar isti quma basdırılır. Seans bitdikdən sonra bədənin qumla təmasda olan hissəsi ilıq su ilə yuyulmalı və yaxşıca qurulanmalıdır. Soyuqda qalmaq ağrıların artmasına səbəb ola bilər

 Davamlılıq: Həftədə 2-3 dəfə, ümumilikdə 2-3 həftəlik kurs şəklində tətbiq olunsa, daha effektli nəticələr əldə oluna bilər

Təbii üsullarla ağrılardan azad olmaq hər kəsin arzusudur. İsti qum terapiyası isə həm əlçatan, həm də yan təsirsiz olduğu üçün revmatizması olan insanlar arasında getdikcə daha çox maraq görür. Əlbəttə ki, hər müalicə üsulunda olduğu kimi, qum terapiyasına başlamazdan əvvəl də həkimlə məsləhətləşmək vacibdir. Amma əgər revmatizminiz yüngül və sakit fazadadırsa, dəniz sahilindəki isti qum bəlkə də bədəninizin ehtiyac duyduğu təbii şəfa mənbəyidir.

Aydan Hacı


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 İyul 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see313

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see310

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see305

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see302

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see280

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see266

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see264

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see260

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see254

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see254

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see252

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see250

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see237

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see231

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see225

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see224

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see213

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see212

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see195

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri