Icma.az
close
up
RU
Reytinq üçün savaş: Şou efirlərində “xoruz döyüşləri”

Reytinq üçün savaş: Şou efirlərində “xoruz döyüşləri”

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Qulu Məhərrəmli: “Palatka” düşüncəsi ilə verilişə gəlib efiri məişət səviyyəsinə endirirlər

Son günlər “Space” telekanalının efirində iki müğənni arasında yaşanan qalmaqallı mübahisə və efirdə açıq şəkildə baş verən söz-söhbət cəmiyyətdə ciddi narazılığa səbəb olub. Tamaşaçılar şou proqramlarda səviyyəsiz qarşıdurmaların, əsassız gərginliklərin, “xoruz döyüşü”nü xatırladan qarşı-qarşıya qoyulmaların adi hala çevrilməsindən narahatdırlar.
Bu tip situasiyalar teleməkanın ümumi reputasiyasına xələl gətirməklə yanaşı, geniş auditoriya qarşısında etik davranış normalarının pozulduğunu göstərir.
Mövzu mediada geniş müzakirə olunub və müxtəlif ekspertlər problemin aradan qaldırılması yollarından danışıblar.
Deputat Aqil Abbas Pravda.az-a açıqlamasında bildirib ki, bu kimi hallar senzuranın yenidən tətbiqi ilə deyil, mövcud qanunvericilik çərçivəsində daha ciddi nəzarət mexanizmləriylə tənzimlənməlidir. Onun sözlərinə görə, Audiovizual Şura belə hallarla bağlı konseptual tədbirlər görməli, lazım gəldikdə telekanalları cəzalandırmalıdır:
“Efiri 24 saat bağlamaq, reklam buraxmamaq və s. kimi tədbirlər görməlidir. Yoxsa siz, biz, tamaşaçı nə edə bilər ki?! Başqa cəza nə ola bilər? Döyəcəklər? Yenidən senzuranı qaytarmaq ayıbdır. Nə danışırsınız?! Senzuranın ləğvi barədə qərarı Ulu Öndər Heydər Əliyev qəbul edib. Qaytarmaq olmaz”.
Deputatın bu fikirləri “senzura olmadan efirdə nizam-intizam necə təmin edilə bilər?” sualını yenidən gündəmə gətirib.

Televiziya tənqidçisi, professor Qulu Məhərrəmli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Təəssüf ki, bəzi telekanallardan, xüsusən də şou proqramlardan və oradakı davranışlardan cəmiyyətin narazılığı aktual olaraq qalır. Niyə belə hallar baş verir? Bu barədə dəfələrlə danışılıb, amma yenidən vurğulamağa ehtiyac var ki, insanların ekrandakı və sosial şəbəkələrdəki davranışları onların həyatda göstərdikləri davranışların davamıdır, bir növ uzantısıdır. İnsan həyatda necədirsə, xaraktercə nə cürdürsə, təbii ki, efirdə də elə davranır. Amma həyatdakı davranışlardan fərqli olaraq, ekran qarşısındakı davranışlar mütləq şəkildə nizamlanmalıdır. Çünki bu, milyonların gözü qarşısında baş verir. Ona görə də bu davranışların müəyyən çərçivəyə salınması çox vacibdir.
Bu nizamlanma ona görə lazımdır ki, insanlar kamera qarşısında, milyonların gözü qarşısında özlərini tələb olunan etik çərçivədə aparsınlar. Söz seçimi, hərəkət seçimi, müraciət forması - bütün bunlar müəyyən standartlara uyğun olmalıdır.
Bəs niyə bunun qarşısı alınmır və nə etməliyik ki, xüsusən şou proqramlarda bu cür davranışlar baş verməsin? Təbii ki, birinci növbədə qonaqları dəvət edən prodüserlər seçimlərini düzgün etməlidirlər.
İkincisi, verilişə dəvət olunan insanlarla əvvəlcədən söhbət aparılmalı, xatırlatmalar edilməli, onların efirdə necə davranmalı olduqları barədə aydın təlimat verilməlidir. Verilişin aparıcısı, rejissoru və redaktoru da bu davranışlara görə müəyyən məsuliyyət daşıyır”.
Bununla belə, Qulu Məhərrəmli hesab edir ki, əsas məsuliyyət ekranda özünü apara bilməyən insanların üzərinə düşür:
“Ona görə də vəziyyətdən çıxış yolu belə insanların verilişə çağırılmamasıdır. Toy estetikası ilə, “palatka” düşüncəsiylə verilişə gəlib efiri məişət səviyyəsinə endirmək düzgün deyil.
Əlbəttə ki, senzura anlayışı qorxulu anlayışdır, onun tətbiqi ciddi fəsadlara yol aça bilər. Amma etik çərçivə mütləq olmalıdır ki, ona hamı tabe olsun. Bu qaydaları hər televiziya özü müəyyənləşdirməli, öz daxilində bu məsələlərin öhdəsindən gəlməlidir. Bəzi televiziya kanalları və aparıcılar isə özləri maraqlı olurlar ki, qarşıdurma yaransın, süni konflikt olsun, bu da diqqət çəksin və sosial şəbəkələrdə yayılsın. Amma bu, doğru yanaşma deyil. Belə hallar insanlarda yalnız mənfi emosiyalar yaradır və cəmiyyət tərəfindən qəbul olunmur.
Audiovizual Şura dövlətin yayım siyasətini tənzimləyir və qanun əsasında fəaliyyət göstərir, lakin telekanalların yaradıcılıq işinə müdaxilə etmək hüququ yoxdur. Bu, televiziya rəhbərliyinin, prodüserlərin və yaradıcı kollektivin səlahiyyətidir. Ona görə həmin məsələləri də məhz onlar tənzimləməlidirlər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Dekabr 2025 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri