Icma.az
close
up
RU
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Moderator.az xəbər verir ki, toplantıda ölkədə və regionda baş verən ictimai-siyasi proseslər, Azərbaycan dövlətinin xarici siyasət prioritetləri, regional təhlükəsizlik, Azərbaycan-Türkiyə və Azərbaycan-Rusiya münasibətləri, eləcə də bir sıra digər aktual məsələlər ətrafında müzakirələr aparılıb və partiyanın mövqeyi ifadə olunub.

İdarə Heyətinin toplantısında son dövrlər Azərbaycan-Türkiyə münasibətlərində müşahidə olunan durğunluq və müəyyən soyuqluq məsələsi xüsusi müzakirə olunub. Müzakirələrdə Azərbaycan-Türkiyə münasibətlərinin soyuması fonunda Azərbaycan-Rusiya əlaqələrinin genişləndirilməsinin Azərbaycanın strateji maraqlarına uyğun olmadığı qeyd edilib. ADP Rusiya ilə yalnız qarşılıqlı hörmət, bərabər hüquqlu və qarşılıqlı maraqlar əsasında əməkdaşlığın tərəfdarı olduğunu, Rusiyanın hətta iqtisadi əlaqələrdən belə siyasi məqsədlər üçün istifadə etdiyini nəzərə alaraq, bu münasibətlərdə ehtiyatlı və düşünülmüş siyasətin vacibliyini bildirib.

Toplantıda qeyd edilib ki, Azərbaycan-Türkiyə münasibətləri hər hansı siyasi konyunkturadan asılı olmayaraq ardıcıl şəkildə inkişaf etdirilməli, bu əməkdaşlıq yalnız iqtisadi əlaqələrlə məhdudlaşmamalı, Şuşa Bəyannaməsində nəzərdə tutulan bütün istiqamətləri əhatə etməklə daha da dərinləşdirilməlidir. Bunun həm Azərbaycanın, həm də qardaş Türkiyənin milli və dövlətçilik maraqlarına uyğun olduğunu bildirən müzakirə iştirakçıları Türkiyə ilə strateji müttəfiqliyimizin möhkəmləndirilməsinin Azərbaycanın suverenliyinin və müstəqilliyinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyətini qeyd ediblər.

İdarə Heyətində Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyaya təşkilatda müşahidəçi statusunun verilməsi ilə bağlı təşəbbüsü də müzakirə olunub. Qeyd edilib ki, bu təşəbbüs təsadüfi xarakter daşımır. Bundan əvvəl Rusiya tərəfindən də analoji təkliflərin səsləndirilməsi nəzərə alınaraq, bu addımın Rusiyanın Qazaxıstana göstərdiyi siyasi təzyiqlərlə əlaqəli ola biləcəyi barədə mülahizələr ifadə olunub. İdarə Heyəti hesab edib ki, Rusiyanın Türk Dövlətləri Təşkilatında təmsil olunması təşkilatın yaradılma fəlsəfəsinə, mahiyyətinə və qarşıya qoyduğu məqsədlərə zidd nəticələr doğura bilər. Belə bir addımın təşkilatın müstəqil fəaliyyətinə və bütövlüyünə ciddi xələl gətirə, hətta onun parçalanması riskini yarada biləcəyi diqqətə çatdırılıb.

Toplantıda Azərbaycan dövləti tərəfindən müxtəlif xarici ölkələrə yatırılan investisiyalar məsələsi də müzakirə edilib. Bildirilib ki, bu investisiyaların həcmi, idarə olunması, əldə edilən gəlirlər və həmin gəlirlərin dövlət büdcəsinə daxilolmaları barədə ictimaiyyətə yetərli və şəffaf məlumatların verilməməsi ciddi suallar doğurur. Belə qeyri-şəffaflıq istər-istəməz həmin investisiyaların korrupsiya mənbəyinə çevrilməsi ilə bağlı şübhələrin yaranmasına səbəb olur. İdarə Heyəti xarici ölkələrə dövlət investisiyalarının qoyuluşunun və idarə olunmasının tam şəffaflıq prinsipləri əsasında həyata keçirilməsinin, bu investisiyalardan əldə olunan gəlirlərin hansı hissəsinin Azərbaycan dövlət büdcəsinə daxil olduğu, vəsaitlərin necə idarə edildiyi barədə ictimaiyyətə müntəzəm və ətraflı məlumat verilməsinin vacibliyini qeyd edib. Eyni zamanda dövlət vəsaitlərinin səmərəli istifadəsi və ictimai nəzarətin təmin olunması baxımından bu məsələnin vacibliyini vurğulayıb.

İdarə Heyətinin toplantısında Ermənistanda revanşist qüvvələrin fəallaşması, bir sıra müxalifət partiyaları ilə görüşlərin keçirilməsi və qondarma “Artsax”ın dövlət qurumlarının saxlanılması ilə bağlı yenidən səsləndirilən çağırışlar da müzakirə olunub. Müzakirələrdə bu proseslərin təsadüfi olmadığı, Azərbaycanla Ermənistan arasında formalaşmaqda olan etimad mühitinə xələl gətirmək, sülh danışıqlarına mane olmaq və regionda öz siyasi və imperiya maraqlarını yenidən təmin etməyə çalışmaq istəyən Rusiyanın təsirindən qaynaqlana biləcəyi vurğulanıb. İdarə Heyəti yaranmış vəziyyətin Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının daha intensiv və sürətli aparılmasının zərurilyini bildirib, eyni zamanda, Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasını və Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması prosesinin sürətləndirilməsini regional sülhə mühüm töhfə verə biləcəyini qeyd edib.

Toplantıda bir qrup akademik və ziyalının İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək İranda yaşayan azərbaycanlıların öz ana dillərində təhsil almaları ilə bağlı təşəbbüs irəli sürməsi də müzakirə olunub. İdarə Heyəti bu təşəbbüsü təqdir etdiyini bildirərək hesab edib ki, azərbaycanlıların ana dilində təhsil almaq hüququnun təmin edilməsi həm İran Konstitusiyasının müvafiq müddəalarına, həm də beynəlxalq hüququn prinsiplərinə uyğundur. Müzakirələrdə qeyd olunub ki, bu təşəbbüsün həyata keçirilməsi İranda yaşayan azərbaycanlıların milli-mədəni hüquqlarının təmin olunmasına töhfə verməklə yanaşı, Azərbaycan-İran münasibətlərinə də müsbət təsir göstərə, iki ölkə arasında qarşılıqlı etimadın və anlaşmanın möhkəmlənməsinə xidmət edə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Noyabr 2026 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri