Icma.az
close
up
RU
Rial yerinə TÜMƏN Pul nişanlarının dəyişdirilməsi İranı XİLAS EDƏCƏK?

Rial yerinə TÜMƏN Pul nişanlarının dəyişdirilməsi İranı XİLAS EDƏCƏK?

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi İranda denominasiya (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi red.) ilə bağlı hazırlıq görülür. Məlumata görə, İran hökuməti milli valyutadan 4 sıfırın silinməsi və rialın tümənə çevrilməsi üçün qanun layihəsini parlamentə təqdim edib.
Bəs, bu denominasiya İran iqtisadiyyatı üçün nə vəd edir?
Suala iqtisadçı ekspert Fuad İbrahimov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, İranın bu addımı atmasının əsas səbəbi milli valyutanın həddindən artıq dəyərdən düşməsidir:
 

MÖVZU İLƏ BAĞLI:
Tehran bazarında avronun qiyməti REKORD VURDU


“Uzun illər beynəlxalq sanksiyalarla üzbəüz qalan İran iqtisadiyyatı ciddi itkilərə məruz qalıb. Həmin itkilərdən biri də rialın adi kağız parçası qədər dəyərdən düşməsidir. İran iqtisadiyyatı sanksiyalara adaptasiya dövrünü keçsə də, dünya iqtisatiyyatına inteqrasiyanın olmaması milli valyutanı dəyərsizləşdirib. Obrazlı şəkildə desək, İranın yorulmuş iqtisadiyyatı artıq əvvəlki kimi yükü daşıya bilmir. Ona görə də yeni prezidentin təşəbbüsü ilə İran Mərkəzi Bankı denominasiyaya gedir.
Yəni ki, dəyərdən düşmüş valyuta yenisi ilə əvəzlənir.
Misal üçün, əgər bir dollar 770 min rial idisə, 4 sıfırı götürməklə İran höküməti milli valyutanı bir qədər dəyərə mindirmək istəyir. Artıq daha 770 min yox, sadəcə 77 tümən olacaq. Yaxın 2 il ərzində köhnə valyuta dövriyyədən çıxarılacaq. Bununla da maliyyə bazarında sabitliyə çalışılacaq. Nəzərə alaq ki, hələ 2019-cu ildə İran hökuməti xroniki infilyasiyanın qarşısını almaq üçün bu təşəbbüsdə olmuşdu. Amma proseslər bir qədər ləngidi”.
Müsahibimiz İranın bu addımını o qədər də effektiv saymır:
“Yeni valyutanın dəyər qazanması üçün ilk növbədə İranın iqtisadiyyatı güclənməli, qlobal bazara girişin həcmi artmalıdır. Bununla paralel iqtisadi sanksiyalar dayanmalıdır. Lakin iqtisadi sanksiyalar davam etdikcə yeni valyutanın dəyər qazanması mümkünsüzdür”.
İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, indiyədək İranda 2 pul vahidi vardı:
 

“İkisi də paralel işləyirdi. İndi rial tamamilə dəyərdən düşüb, fantastik dərəcədə ucuzlaşıb. Ona görə də İran hökuməti daha etibarlı valyuta olan tümənə keçmək istəyir. Eyni zamanda, milli puldakı 4 sıfırdan imtina edilməsi devalvasiya yox, denominasiyadır. Bu proses 2-3 il çəkəcək. Çünki İran iqtisadiyyatında ciddi problemlər var. Bu problemlərin həlli yollarından biri də 4 sıfırın atılması və rialdan tümənə keçilməsidir.


Artıq ən xırda əmtəənin dəyəri 100 min rialla ölçülür. Bu da bazarda həm çoxlu pul vəsaiti tələb edir, həm də daha çox hesablama istəyir. Ona görə də İran hökuməti belə bir addım atmaq məcburiyyətində qaldı. Bu addım nə qədər effektiv olacağını isə zaman göstərəcək”.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Dekabr 2024 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see197

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see164

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see145

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see137

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see135

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see134

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see134

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see133

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri