Rihanna illər sonra səhnəyə qayıtdı Video
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dünyaşöhrətli müğənni Rihanna uzun fasilədən sonra səhnəyə çıxaraq pərəstişkarlarını sevindirib.
“Qafqazinfo” xəbər verir ki, Cey Zinin “Reasonable Doubt” albomunun 30 illiyi münasibətilə təşkil olunan konsert seriyasının final gecəsində səhnəyə çıxan Rihanna reperlə birlikdə 2009-cu ilin məşhur hiti “Run This Town” mahnısını ifa edib.
O, daha sonra “Bitch Better Have My Money” mahnısını səsləndirib.
Həyəcanlandığını gizlətməyən Rihanna tamaşaçılara müraciət edib.
“Bilirsiniz, mən bir az paslanmışam, elə deyilmi? Çox vaxt keçib. İndi mənimləsinizmi?”, – deyib.
Çıxışının sonunda isə ulduz pərəstişkarlarına təşəkkür edib: “Bu an üçün darıxmışdım. Nyu-York, sizi sevirəm!”
Qeyd edək ki, Rihannanın canlı çıxışları son illərdə olduqca nadir hallarda baş tutur. Müğənni sonuncu dəfə 2024-cü ildə Hindistanda milyarder Anant Ambani və Radhika Merçantın toy öncəsi tədbirində özəl konsert vermişdi. Bundan əvvəl isə 2023-cü ildə Super Kubokun fasilə şousunda səhnəyə çıxmışdı.
Rihannanın bu çıxışı pərəstişkarlar arasında onun yeni musiqi layihələrə qayıdacağı ilə bağlı gözləntiləri də artırıb.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:200
Bu xəbər 14 İyul 2026 07:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















