Rimas Kurtinaytis: Çətin, amma vacib qələbə oldu İdman və Biz
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
"Oyunun əvvəlində yaxşı çıxış etmədik. Bunun da səbəbi qısa müddət ərzində ardıcıl ikinci oyuna çıxmağımız idi".
İdman.biz xəbər verir ki, bunu "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis “Sərhədçi” ilə oyundan sonra mətbuat xidmətinə deyib.
Litvalı mütəxəssis Azərbaycan Basketbol Liqasının 6-cı turunda qazanılan 67:64 hesablı qələbəni şərh edib: "Bərpa üçün vaxtımız az oldu. Buna baxmayaraq fasilədən sonra sürəti artıraraq aqressiv oynadıq və bunun sayəsində 19 xallıq fərqi aradan qaldırmağı bacardıq. Çətin, amma vacib qələbə oldu. Bütün oyunçularıma xarakter nümayiş etdirdiklərinə görə təşəkkür edirəm. Basketbolçularımızın döyüşçü keyfiyyətləri sayəsində biz bu oyunda geridönüş etdik".
Qeyd edək ki, Azərbaycan çempionu ardıcıl 6-cı qələbəsini qazanıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 10 Dekabr 2024 21:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















