Icma.az
close
up
RU
Rimas Kurtinaytis: “Sabah”da qələbə ruhunu formalaşdırmağa çalışırıq” Litvalı mütəxəssisin ə MÜSAHİBƏSİ + FOTO

Rimas Kurtinaytis: “Sabah”da qələbə ruhunu formalaşdırmağa çalışırıq” Litvalı mütəxəssisin ə MÜSAHİBƏSİ + FOTO

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Oktyabrın 15-də Bakı “Sabah” basketbol klubu FIBA-nın (Beynəlxalq Basketbol Federasiyası) Çempionlar Liqası çərçivəsində ilk ev oyununu keçirəcək.

İdman.Biz-in məlumatına görə, rəqib Avropanın ən aparıcı və titullu klublarından biri - uzun illər Avroliqada çıxış etmiş Almaniyanın “Alba” komandası olacaq. Qarşılaşma Gimnastika Arenasında keçiriləcək və Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Xatırladaq ki, FIBA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Sabah” səfərdə Çexiyanın “Nimburk” klubuna 65:93 hesabı ilə uduzub. “Alba” da eyni taleyi yaşayıb - almanlar ev oyununda Fransanın “Şalon” klubuna 76:81 hesabı ilə məğlub olublar.

İdman.Biz-ə müsahibəsində Bakı “Sabah”ının baş məşqçisi, əfsanəvi litvalı mütəxəssis Rimas Kurtinaytis Çempionlar Liqasında uğursuz startın səbəblərindən və qarşıdakı oyundan gözləntilərindən danışıb.

- Qarşıdakı oyuna hazırlıq necə gedir?

- Hazırlığımız intensiv şəkildə davam edir, tempimizi azaltmırıq. Bəli, “Nimburk”la səfər oyunumuz istədiyimiz kimi alınmadı, amma komandaların hansı sürətlə oynadığını hiss etdik. Nə də olsa, bu, Çempionlar Liqasıdır və buradakı səviyyə keçən mövsüm iştirak etdiyimiz Avropa Kubokundan xeyli fərqlidir. Biz də eyni intensivlikdə məşq edirik görək? necə alınacaq.

“Alba” çox güclü komandadır, ötən mövsüm Avroliqada çıxış edib. Təcrübəli klubdur, oyunçu və məşqçi heyəti çox keyfiyyətlidir. Qarşılaşma çətin olacaq, amma ümidsiz deyil, çünki biz hazırlaşırıq və evdə qələbə qazanmaq istəyirik. Növbəti mərhələyə adlamaq üçün qrupda ən azı ikinci və ya üçüncü yeri tutmaq lazımdır, amma bizim məqsədimiz birincilikdir.

- “Nimburk”la oyunda əsas problem yalnız tempdə idi, yoxsa başqa çətinliklər də vardı?

- Bəli, əsasən tempdə idi. Burada söhbət fiziki hazırlıqdan yox, qərarların qəbul sürətindən gedir. Rəqib həm daha sürətli, həm də daha enerjili idi.

Bilirsiniz, problemi izah edim: Litvada keçirdiyimiz son yoxlama oyunundan “Nimburk”la matça qədər 20 gün vaxt keçdi və bu müddətdə “Sabah” cəmi bir oyun oynadı. Biz sadəcə oyun ritmimizi itirdik. Litvadakı hazırlıq dövründə çoxlu güclü rəqiblərlə görüşlər keçirdik, sonra isə bu fasilə öz təsirini göstərdi. Düşünürəm ki, məğlubiyyətin əsas səbəbi də məhz bu idi.

Hazırda formamızı tədricən bərpa edirik. Bir neçə gün əvvəl “NTD” ilə çempionat oyunu keçirdik, sürətli basketbol oynadıq, çünki “Alba” ilə məhz belə tempdə oynayacağıq. Çalışırıq, ümid edirik ki, hər şey istədiyimiz kimi olacaq.

- Yeri gəlmişkən, “NTD” 65:133 hesabı ilə darmadağın oldu, ilk hissə 52:12 nəticələndi - bu, çox nadir haldır.

- Mənim üçün fərqi yoxdur, kiminlə oynayırıq - hər oyunda keyfiyyətli basketbol tələb edirəm. İki xalla da, əlli xalla da qazana bilərik, amma əsas olan oyunun səviyyəsidir. Doğrusu, “NTD” ilə görüşdə ən yaxşı oyunumuzu göstərmədik.

- “Sabah”ın hazırkı heyətində kimlər sizin tələblərinizə cavab verir?

- Bilirsiniz, komanda yenidir, keçən mövsümdən cəmi bir neçə oyunçu qalıb. Kamran Məmmədovun komandaya qoşulmasına çox şadam – o, Moskva MOİK-nin yetirməsidir və bu, dərhal hiss olunur.

Bundan başqa, Şirzad Şirzadov müdafiədə çox yaxşı çıxış edir. Biz onu daim rəqibin ən güclü oyunçularına qarşı qoyuruq ki, top almağa imkan verməsin - o da bunu əla yerinə yetirir. Bəzən xal da qazanır, amma mən ondan əsasən müdafiədə istifadə edirəm.

Klavs Çaversi də qeyd etməliyəm - o, bizdə sanki futbol qapıçısı kimidir: kimsə səhv edəndə, o “təmizləyir”. Bu səbəbdən onunla müqaviləni uzatdıq - basketbolu çox yaxşı anlayır.

Hassani Qravet bizim liderimizdir, keçən mövsümdən komandadadır. Hələ tam əvvəlki formasına qayıtmayıb, amma yaxındır. Ötən il çoxlu ribaundlar götürür, mövsüm ərzində 5-6 dəfə “tripl-dabl” edirdi.

Yeni oyunçulara gəlincə, hələ nə müsbət, nə də mənfi nəticə çıxarmaq tezdir. Mən “Sabah”a gec qoşuldum, çünki Avropa çempionatında Litva millisinin baş məşqçisi idim. Oyunçuları, onların güclü və zəif cəhətlərini hələ tam tanımamışam, amma potensialı ortaya çıxarmağa çalışıram.

Ümumilikdə mənzərə pis deyil. Belə desək, yaxşı “xammal” var - bu “gildən” komanda yaratmaq lazımdır. Bu mövsüm klub rəhbərliyi çox yaxşı iş görüb, xüsusilə “Sabah”ın prezidenti Maqsud Adıgözəlova təşəkkürümü bildirirəm. Mən kimləri istəmişdimsə, rəhbərlik hamısını gətirdi. İndi hər şey bizdən asılıdır. Vaxt az idi, amma bu çatışmazlığı aradan qaldıracağıq.

- “Alba”ya gəlincə, bu komanda da “Sabah” kimi Çempionlar Liqasına məğlubiyyətlə başladı. Bu, sizi təəccübləndirdi?

- Xeyr. “Şalon”un oyununu görmüşəm - o, təsnifat mərhələsində İspaniyanın “Mursiya” klubunu məğlub etmişdi. Fransızlar çox güclü komandadır, yaxınlarda ölkə çempionatında Avroliqa finalçısı “Monako”nu da udublar. Ona görə “Alba”nın məğlubiyyəti mənim üçün sürpriz olmadı.

Unutmaq olmaz ki, “Alba” ardıcıl on il Avroliqada çıxış edib. Bəli, indi komanda yenilənir, amma çox böyük təcrübəyə malikdir. Hərçənd Almaniya çempionatında da bir neçə dəfə uduzublar, amma oynadıqları basketbol tərzi çox keyfiyyətlidir. Üstəlik, almanlar “Nimburk”dan daha sürətli oynayır, deməli, biz 150 faiz gücümüzü ortaya qoymalıyıq.

- “Şalon”la oyunda “Alba” çoxlu top itkisi etdi və uzaq məsafədən zəif oynadı. Onları kənardan daha çox atış etməyə məcbur etməyi planlaşdırırsınız?

- Adətən istifadə etmədiyimiz bir müdafiə variantımız var, amma sınaqdan keçirə bilərik. Son məşqlərdə hansı üslubu tətbiq edəcəyimizi müəyyənləşdirəcəyik. Onların əsas gücü sürətdədir. Əgər atışı qaçırırlarsa, dərhal topu götürüb sürətli hücuma çıxırlar.

Bu, futboldakı kimi bir şeydir: komanda müdafiə olunur, topu ələ keçirir və əks-hücum qurur. Təxminən iyirmi il əvvəl Fransa millisinin dünya çempionatında bu tərzdə oynadığı vaxtları xatırlayıram.

Bizim əsas vəzifəmiz “Alba”nın sürətli hücumlarını dayandırmaqdır. “Şalon”la matçda onların uzaq məsafədən az dəqiq atış etməsi təsadüf idi - bir oyunda belə, digərində fərqli ola bilər. Hər şey həmin günün gedişindən və müdafiədə nə qədər sərt oynayacağımızdan asılı olacaq.

- “Sabah” Çempionlar Liqasındakı ilk ev oyununu Gimnastika Arenasında keçirəcək. Təəssüratlarınız necədir?

-Bu, möhtəşəm arenadır. Biz artıq orada “NTD” ilə oynadıq ki, parketi hiss edək. Üstəlik, həmin oyunda Çempionlar Liqasının istifadə etdiyi toplarla çıxış etdik. “NTD” klubuna və Azərbaycan Basketbol Federasiyasına əməkdaşlığa görə təşəkkür edirəm.

Azərbaycanın dünya standartlarına cavab verən belə bir zalının olması çox sevindiricidir. Ətrafımızda bütün şərait yüksək səviyyədə yaradılıb, qalanı bizdən asılıdır.

Biz hələ bu səviyyəli turnirlərdə iştirak təcrübəsinə malik deyilik. Burada basketbol fərqlidir - temp daha yüksək, mübarizə daha sərtdir. Hakimlər sıx mübarizəyə daha çox imkan verir, buna uyğunlaşmaq lazımdır.

Unutmaq olmaz ki, “Alba”nın avrokuboklarda 30 illik təcrübəsi var, biz isə Avropada cəmi üçüncü mövsümümüzü keçiririk və ilk dəfə Çempionlar Liqasında çıxış edirik. Hamını birdən-birə məğlub etmək mümkün deyil. Yaxşı oyunçuların olması vacibdir, amma əsas məsələ qaliblər atmosferini yaratmaqdır. Bu, məsələn, çuxur qazmaq kimi sadə iş deyil – bu, komandanın psixologiyası və fəlsəfəsidir. Burada çoxlu incəliklər var.

Teymur Tuşiyev

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 14 Oktyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see145

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see130

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see129

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see128

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see126

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri