“Rivian” R2 modeli sayəsində yeni satış rekorduna imza atıb
Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
“Rivian” R2 modeli sayəsində yeni satış rekorduna imza atıb.
Banco.az xəbər verir ki, “Rivian” daha münasib qiymətli R2 yolsuzluq avtomobili modeli sayəsində üçüncü rübdə indiyədək ən yüksək elektrikli avtomobil satışına çatıb. Şirkət 19 min 751 avtomobil istehsal etdiyini və 19 min 248 avtomobilin satışını həyata keçirdiyini açıqlayıb. Bu göstərici ötən ilin eyni dövründəki satışlarla müqayisədə təxminən 45 faiz çoxdur.
“Rivian” satılan avtomobillərin neçəsinin R2 yolsuzluq avtomobili olduğunu ətraflı açıqlamayıb. Bununla belə, sözügedən dövr iyun ayında bazara çıxarılan yeni modelin satışa təqdim edilməsindən sonra ilk tam rüb olub.
“Rivian” hazırda başlanğıc qiyməti 60 min dollardan bir qədər aşağı olan R2 modeli ilə bağlı böyük hədəflər müəyyənləşdirib. Şirkət ilin sonuna qədər 20-25 min ədəd R2 satmağı planlaşdırır. Bu isə modeli yalnız “Tesla Model Y”dən geri qalmaqla ABŞ tarixində ən sürətlə satılan elektrikli avtomobillərdən birinə çevirə bilər.
“Rivian” həmçinin qiyməti təxminən 45 min dollara qədər düşə biləcək daha münasib modelləri də bazara çıxarmağı planlaşdırır. Şirkət bu göstəricilərə çatacağı təqdirdə R1 seriyalı avtomobillər və kommersiya məqsədli elektrikli mikroavtobuslar da daxil olmaqla bu il 65-70 min avtomobil sata biləcəyini düşünür.
Son bir neçə ildə satışlarını 50 min avtomobil səviyyəsində saxlamaqda çətinlik çəkən şirkət üçün bu nəticə indiyədək ən uğurlu satış ili demək olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 03 Oktyabr 2026 21:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















