Icma.az
close
up
RU
Rizvan Nəbiyev Bakı Bəyannaməsinin mətni ilə bağlı açıqlama verib

Rizvan Nəbiyev Bakı Bəyannaməsinin mətni ilə bağlı açıqlama verib

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Multilateralizm bizim güclü vasitəmizdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin multilateralizm siyasətinə sadiqliyini müxtəlif platformalarda dəfələrlə bəyan edib. Xarici siyasətimizdə də multilateralizmin təşviqi istiqamətində çoxşaxəli fəaliyyət aparılır".

Oxu.Az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Rizvan Nəbiyev açıqlama verib.

O bildirib ki, ötən həftə multilateralizmin parlament müstəvisində təşviqi və bu məsələdə parlament diplomatiyasının rolu barədə mühüm tədbirlərə Milli Məclis ev sahibliyi edib:

"107 il əvvəl parlamentli respublikanı quran və müsəlman Şərqində parlament demokratiyasının vətəni olan Azərbaycanın şanlı Zəfərimizdən sonra belə bir ali tədbirə ev sahibliyi etməsinin xüsusi mənası var. Belə ki, regionda yaranmış yeni reallıqlar fonunda daha da aktivləşən Milli Məclisin parlament diplomatiyası Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində öz mövqeyini ortaya qoydu.

Azərbaycanın Asiya Parlament Assambleyasına (APA) qoşulmasının tarixi var, ötən sədrlik dövründə aparılan baza işlərinin əhəmiyyəti xüsusilə qeyd edilməlidir.

Milli Məclisin sədrliyi ilə Asiya Parlament Assambleyasının İcraedici Şurasının, dörd komitəsinin iclasları və plenar sessiyası, başqa sözlə - APA-nın sammiti keçirildi. APA-nın təşkilat kimi gücləndirilməsi ilə bağlı institusional sahədə ciddi uğurlar əldə edildi. APA-nın sıraları genişləndi. Təşkilatın maliyyələşdirilməsi ilə bağlı 15 ildən artıq gedən diskussiyalara son qoyuldu, vahid bir ödəniş formulu razılaşdırıldı.

Digər vacib bir məqam - artıq əhali nisbətindən, təmsil olunduğu deputat sayından asılı olmayaraq, bütün üzv dövlətlərin bir səslə təmsil olunması razılaşdırıldı.

Sədrlik 2026-cı ildən Bəhreynə keçəcək. Bəhreynin parlament sədri Bakıda iştirak etdi, çox məzmunlu bir çıxış etdi, öz regionunun parlament diplomatiyasına baxışı barədə. Burada bir haşiyəyə çıxmaq istərdim. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu günlərdə Bəhreyn krallığında oldu, həm kral, həm də baş nazir tərəfindən qəbul olundu. Ətraf mühitlə bağlı layihə təqdim edildi".

Asiyanın beynəlxalq münasibətlər sistemində multilateralizmin möhkəmlənməsinə hansı töhfəni verə biləcəyi barədə danışarkən deputat bildirib ki, dünya əhalisinin 60%-i Asiyada yaşayır, regionun dövlətləri dinamik iqtisadi inkişafa malikdir:

"Çoxqütblü dünya düzəninin formalaşmasında Asiya dövlətləri malik olduğu siyasi və iqtisadi çəkiyə, insan faktoruna görə mühüm funksiyaya malikdirlər. Resurslarla yanaşı, risklər və çağırışlar da var, münaqişələr, güc tətbiqi ilə insanların yerdəyişmələri, iqlim dəyişmələrinin mənfi təsirləri Asiya dövlətlərində də baş verir. Məhz bu çağırışlarla mübarizədə əməkdaşlıq, burada parlamentlərin və parlamentlərarası təşkilatların rolu barədə müzakirələr aparıldı.

Hazırkı qlobal çağırışların həlli beynəlxalq siyasətin əsas sütunu kimi multilateralizmin təşviqini tələb edir. Bu kontekstdə milli parlamentlər və parlamentlərarası təsisatları ünsiyyət və əməkdaşlıq üçün yeni imkanlar təklif edir. Nəticədə, parlament assambleyaları qlobal və regional miqyasda problemlərin həllində əsas aktorlardan birinə çevrilib. Başqa sözlə, parlament diplomatiyası vacib rol oynayır.

Bu kontekstdə Asiya Parlament Assambleyası Asiyada həmrəyliyin və əməkdaşlığın parlament müstəvisində təşviqi üçün unikal platforma roluna malikdir. Belə ki, APA müxtəlif aktual regional və qlobal məsələlərin və problemlərin səsləndirilməsi üçün əla fürsət təqdim edir. Üzv dövlətlərlə, iştirakçı dövlətlərlə həm ikitərəfli müstəvidə əməkdaşlıq edirik, həm də onlar müxtəlif çoxtərəfli platformalarda Azərbaycanın tərəfdaşlarıdır. Bu platformalara Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, yeni üzv qəbul edildiyimiz D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) göstərilə bilər. CICA-da Azərbaycan sədrlik edir".

"Şanlı Zəfərimizdən sonra regionda yaranmış yeni reallıqlar və əməkdaşlıq imkanları parlament diplomatiyası vasitəsilə 35 dövlət və təşkilatın nümayəndə heyətlərinə çatdırıldı. Azərbaycan Prezidenti İlham Əliyevin məharətli hərbi və düşünülmüş siyasi-diplomatik strategiyası sahəsində regionda yaranmış yeni reallıqlar və yeni əməkdaşlıq imkanları barədə məruzə etdik. Zəngəzur dəhlizinin açılması zərurəti vurğulandı. Ermənistanla münasibətlərdə de-fakto sülh yaranıb, sabitlik bərqərar olub. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Ermənistana təklif edilən sülh müqaviləsi üzrə danışıqlar davam edir. Şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə yaradılmış dövlət komissiyası fəaliyyət göstərir. Bununla belə, Azərbaycan dövləti işğalın nəticələrinin aradan qaldırılması ilə məşğuldur. Bu kontekstdə işğaldan azad edilmiş ərazilərdə maddi və mədəni abidələrimizə vurulan ziyan, itkin düşmüş 4 000 azərbaycanlının taleyi barədə Ermənistanın məlumat verməməsi, 700 min azərbaycanlı didərginin öz evlərinə qayıtması üçün Böyük Qayıdış proqramı barədə məlumat verdik.

Asiya Parlament Assambleyasının platformasından istifadə edərək, etnik təmizləməyə məruz qalaraq zorla Ermənistandakı öz tarixi torpaqlarından qovulan təxminən 300 min azərbaycanlı qaçqın barədə məsələni qaldırdıq. İndiyə qədər APA-nın müxtəlif komitə iclaslarında, İcraedici Şura və Plenar sessiyada səsləndirdiyimiz bu vacib məsələ Asiya Parlament Assambleyasının 20 fevral 2025-ci ildə qəbul etdiyi Bakı Bəyannaməsində əksini tapdı. Asiya Parlament Assambleyası Ermənistandan qovulmuş azərbaycanlıların ata-baba yurdlarına qayıtmalarının təmin olunması məqsədilə səylərin səfərbər edilməsi üçün çağırış etdi. Bu, Milli Məclisin, onun rəhbərliyinin uğuru hesab edilə bilər. Çünki Ermənistandakı tarixi yaşayış məskənlərinə qayıdış Azərbaycan Prezidentinin prinsipial mövqeyinin mühüm tərkib hissəsidir.

Bakı Bəyannaməsində qeyd edilib ki, "Biz, Asiya Parlament Assambleyasında təmsil olunan parlamentlərin üzvləri, Qərbi Azərbaycan İcmasının, beynəlxalq insan hüquqlarına dair müxtəlif sənədlərdə təsbit edildiyi kimi, Ermənistandakı öz əcdadlarının evlərinə qayıdışı üçün dialoqa başlamaqla bağlı dəfələrlə etdikləri müraciətləri qəbul edir və bu qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmini üçün bütün səyləri səfərbər edirik", - deyə deputat fikrini yekunlaşdırıb.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Fevral 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri