Rodrinin yerini o tutacaq?
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Aleksandar Pavloviç yaxın gələcəkdə “Bavariya”nı tərk edə bilər.
"Football-plus.az" xəbər verir ki, dayaq yarımmüdafiəçisi “Mançester Siti”nin maraq dairəsinə düşüb. İngiltərə klubu onu Rodrinin uzunmüddətli alternativi kimi görür. “Caught Offside”ın məlumatına görə, MS rəhbərliyi 21 yaşlı futbolçunun transferini qışda reallaşdırmaq niyyətindədi. “Şəhərlilər”in Pavloviç üçün təxminən 45-50 milyon avro təklif etməyə hazır olduqları vurğulanır. Gənc futbolçu ilə “Yuventus” və PSJ kimi superklublar da maraqlanırlar.
Pavloviç bu mövsüm 11 oyunda meydana çıxıb və 1 qola imza atıb. Onun “Bavariya” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Baxış sayı:129
Bu xəbər 03 Oktyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















