Icma.az
close
up
RU
Rokkinin cəzalanması “İnter”i B seriyasına göndərə bilər

Rokkinin cəzalanması “İnter”i B seriyasına göndərə bilər

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Deyəsən, İtaliya futbolunda yeni böyük qalmaqal başlayıb. Son günlər yerli mənbələrin yaydığı xəbərlərin fonunda belə düşünmək olar.

"Football-plus.az" xəbər verir ki, İtaliya çempionatının A və B seriyasının oyunlarına hakimləri təyin edən Milli Hakimlər Komitəsinin rəhbəri Canluka Rokki barəsində cinayət işi açılıb. Milan Şəhər Prokurorluğu onu VAR sisteminin işinə müdaxilə etməkdə və bununla da oyunların nəticələrinə təsir göstərməkdə şübhəli bilir.
Məlumata görə, 2025-ci ildə sabiq hakimin köməkçisi Domeniko Rokka tərəfindən onun barəsində İtaliya Hakimlər Assosiasiyasına (İHA) şikayət verilsə də, məsələ nəticəsiz qalıb: şikayət məktubu İtaliya Futbol Federasiyasına göndərilib, lakin federasiyanın prokurorluğu şikayəti əsassız sayıb.
Hazırda isə iş cinayət xarakteri alıb və Milan prokurorluğu tərəfindən araşdırılır. A və B seriyalarında keçirilən 4 oyunla bağlı şübhəli məqamlar hüquq-mühafizə orqanının diqqətini cəlb edib. Bu planda xüsusilə ötən il martın 1-də keçirilən “Udineze” – “Parma” matçı şübhə altındadı. Həmin oyunda VAR briqadası əvvəlcə penalti təyin etmək istəməsə də, sonradan qərarını kəskin şəkildə dəyişib.
İddia olunur ki, Rokki VAR otağının qapısını döyərək epizoda birbaşa müdaxilə edib. Bundan başqa, 2024-cü il yanvarın 6-da keçirilən “İnter” - “Verona” matçında Alessandro Bastoni ilə bağlı baş verən və sonradan oyunun hakiminin yüksək liqadan uzaqlaşdırılması ilə nəticələnən insident də daxil olmaqla, sual doğuran digər məqamlar da mövcuddu.
Artıq Rokki müvəqqəti vəzifəsindən ayrılmaq qərarını verib. Bu addımı prokurorluğunun təhqiqata başlamasından sonra atıb. Rokkinin fəaliyyəti dələduzluq və hakim təyinatlarında mümkün manipulyasiya şübhələri ilə araşdırılır. Bəzi təyinatların “İnter” klubuna sərfəli olduğu iddia edilir. Funksioner dərhal qüvvəyə minən qərarla özünü vəzifədən uzaqlaşdırdığını açıqlayıb. Özünün dediyinə görə, bu addım İHA ilə razılaşdırılıb və istintaq dövründə hakimlər korpusunun normal fəaliyyətini təmin etmək məqsədi daşıyır. Rokki qərarını belə şərh edib:

“Başverənləri və hakimlər korpusunun maraqlarını nəzərə alaraq, dərhal qüvvəyə minən şəkildə özümü vəzifədən uzaqlaşdırmaq qərarını verdim. Bu, çətin addımdı, amma məhkəmə prosesinin sakit keçməsinə imkan verəcək. Nəticədə günahsız olduğumu sübut edəcəyimə inanıram”.


Dələduzluq faktı təsdiqini taparsa, bir sıra klublar ağır sanksiyalarla üzləşə bilər. Yerli mənbələrin iddiaları sırasında diqqəti daha çox cəlb edənlər “İnter” ilə bağlıdı. Milan klubu 2024-cü ildə qazandığı iki tutuldan - 2024-cü ildə A seriyasında və İtaliya Superkubokundakı uğurlardan məhrum oluna və hətta ən pis halda aşağı liqaya - B seriyasına göndərilə bilər.
Xatırladaq ki, İtaliya futbolunda buna bənzər sonuncu səs-küylü hakim qalmaqalı 2006-cı ildə baş vermiş, nəticədə iki çempionluqdan məhrum edilən “Yuventus” B seriyasına göndərilmişdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 May 2026 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri