Icma.az
close
up
RU
Roma Bakı diplomatik xətti: Siyasi güvən fonunda isti təmaslar Sahil Tahirli YAZIR...

Roma Bakı diplomatik xətti: Siyasi güvən fonunda isti təmaslar Sahil Tahirli YAZIR...

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin liderliyində Azərbaycanın artan iqtisadi gücü və milli maraqların uğurla təmin edilməsi fonunda diplomatik trafik də kifayət qədər sıx və zəngindir. Xüsusilə, ABŞ-Çin-Avropa xətti üzrə artan dinamika diqqəti cəlb edir. Ötən gün İtaliya prezidenti Sercio Mattarellanın ölkəmizə rəsmi səfəri Azərbaycanın Avropada getdikcə artan siyasi təsir gücü və yüksək beynəlxalq imicinin daha bir göstəricisi kimi yadda qaldı. Nəzərə alaq ki, İtaliya dünyanın yeddi iqtisadi gücü sayılan “Böyük yeddilik”də təmsil olunur və ölkəmizin Avropada əsas strateji tərəfdaşı sayılır…

Rəqəmlər nə deyir?
Azərbaycanla İtaliya arasında mövcud olan yüksəksəviyyəli siyasi dialoq iki ölkə arasındakı münasibətlərin əsas məqamlarını özündə ehtiva edir. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirir:
-Bütövlükdə, İtaliyada istehlak olunan neftin təxminən 17 faizi Azərbaycan neftidir;
- Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizi Azərbaycanın payına düşür;
- 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 11 milyard 390 milyon dollar olub;
-Ötən il Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 24 faizi İtaliyanın payına düşüb;
-Azərbaycan, xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir;
-Azərbaycan ötən il Avropaya qaz tədarükünü 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatdırıb;
- Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir və sair
Göründüyü kimi, İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşı olmaqla, həm də Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək verir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, “Son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində də müsbətə doğru addımlar atılır. Bu da bizi təbii olaraq məmnun edir”.
Yumşaq güc

Azərbaycan diplomatiyasının uğur formulu təkcə peşəkarlıq, zaman və məqamında atılan qətiyyətli addımlar, iqtisadi gücün verdiyi imkanlar yox, həm də yumşaq güc-humanitar sahədə əlaqələrin daim diqqət mərkəzində saxlanılmasındadır. Bu mənada, İtaliya ilə təhsil, mədəniyyət sahələrində müvəffəqiyyətlə davam etdirilən qarşılıqlı əlaqələrdə də dinamika var. Əsas göstərici isə 2 il əvvəl Bakıda yaradılan İtaliya-Azərbaycan universitetidir ki, artıq bu ali təhsil ocağında minlərlə tələbə təhsil alır. Burada yetişən tələbələr isə təbii olaraq İtaliyanın Azərbaycandakı, Azərbaycanın İtaliyadakı elçilərinə çevriləcəklər.
Bu günün rəsmi xəbəri: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak ediblər.
Əzm və inam var
Müasir dünya düzənində dinamika və davamlılıq vacibdir. Bir an buraxılan boşluq və vaxt itkisi yeni aktorların yaranmış fürsətləri dəyərləndirməsi və səni sıxışdırması ilə nəticələnə bilər. Bu baxımdan, xüsusən, Vətən müharibəsindəki möhtəşəm qələbəmizdən sonra Azərbaycan yeni dövrün çağırışları fonunda dünya birliyindəki yer və rolunu daha da möhkəmləndirir. “TAP layihəsi uğurla icra edildi. 2020-ci ildən başlayaraq bu layihə vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir.
İldən-ilə bizim əhatə dairəmiz artır və bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir…Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı. Mən Prezident Mattarellaya bu gün məlumat verdim ki, biz hazırda Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı üzrə işləyirik. Elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanmaqdadır. Yəqin ki, yaxın vaxtlarda hazır olacaq. Beləliklə, TAP-ın və Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır. Elektrik enerjisi, o cümlədən Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana və ondan sonra Avropa məkanına ötürüləcək elektrik enerjisi bizim əməkdaşlığımızın həcmini daha da artıracaq”,-deyə Prezident İlham Əliyev vurğulayıb.
Mattarella: “Əlimizdən gələni edəcəyik”
İtaliya Prezidenti Sercio Mattarellanın bəyanatı da diqqət çəkir: “Xüsusi qeyd edirəm ki,
Azərbaycan geniş şəkildə çox nüfuzlu bir tərəfdaşdır. Avropa İttifaqı bunu görür və təbii ki, bizim sizinlə əməkdaşlığımız bu çərçivədə də çox əhəmiyyətli olacaqdır. Biz əlimizdən gələni edəcəyik ki, bu əlaqələr daha da artsın, inkişaf etsin və hər zaman daha çox yeni sahələri əhatə etsin, ölkələrimizin, xalqlarımızın rifahına xidmət etsin. Bu məqsədlə də mən Bakıya səfərə gəlmişəm. Cənab Prezidentə minnətdaram ki, ikinci dəfədir məni ölkəsinə dəvət edib…İtaliya ilə Azərbaycan arasında mədəniyyət sahəsində, təhsil sahəsində mühüm bir gün olacaq və biz sabah səhər birgə tədbirdə iştirak edəcəyik”.
Xatırlayırıq ki, Prezident İlham Əliyevin 2020-ci ili ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də Azərbaycan və İtaliya bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyib. Və açıq etiraf edək ki, indiki məqamda ölkəmizlə dost olmaq istəyən, qapısını döyməyə imkan və fürsət axtaranların sayı getdikcə artır. Halbuki, illər əvvəl biz bu fürsətləri axtarırdıq...
Beynəlxalq münasibətlər sistemində yaranmış mövcud mənzərə kiçik Qafqaz ölkəsi olan Azərbaycanın böyük gedişlərinin diqqəti cəlb edən cizgiləridir. Davamı gələcək…
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Oktyabr 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see229

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see219

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see194

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see193

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see191

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see166

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see163

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see162

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see160

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see148

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see147

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see144

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see142

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see141

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see140

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see139

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see136

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see135

Afrika Millətlər Kuboku: Günün nəticələri

30 Dekabr 2025 01:17see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri