Roma Papası ABŞ və İranı danışıqlara qayıtmağa çağırıb
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Roma Papası XIV Lev Amerika Birləşmiş Ştatlarını və İranı danışıqlar masasına qayıtmağa və münaqişələrin sülh yolu ilə həlli yollarını axtarmağa çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "dpa" agentliyi məlumat yayır.
Afrika səfərindən qayıtdıqdan sonra pontifik bəyan edib ki, dünyanın güc tətbiqini istisna edən yeni "sülh mədəniyyətinə" ehtiyacı var. O, mövcud vəziyyəti "xaotik" adlandıraraq qeyd edib: "Bir gün İran 'hə', ABŞ isə 'yox' deyir, növbəti gün isə əksinə — bunun hara aparıb çıxaracağını bilmirik".
Papa nifrət və parçalanmaya deyil, dialoqa əsaslanan həll yollarının zəruriliyini vurğulayıb. O, həmçinin İranda etirazçıların edam edilməsini pisləyib, lakin ABŞ Prezidenti Donald Trampın bu yaxınlarda Vatikanın ünvanına səsləndirdiyi tənqidlərə baxmayaraq, onun adını çəkməyib.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 24 Aprel 2026 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















