Roma Papası BMT nin Qaçqınlar üzrə Ali Komissarı ilə qlobal böhranları müzakirə edib
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Vatikan, 19 sentyabr, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Vatikanda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, görüşdə məcburi miqrasiya, müharibə qurbanlarının faciəli taleyi, münaqişə zonalarında dağıdılmış ərazilərdəki vəziyyətlər əsas müzakirə mövzuları olub. Eyni zamanda, insanların həyatı və onların tam yaşamaq hüququ, müharibə zorakılığı və bunun mülki əhaliyə dağıdıcı təsiri kimi mövzular ətrafında da fikir mübadiləsi aparılıb.
Söhbət zamanı, həmçinin beynəlxalq humanitar hüququn dramatik vəziyyəti vurğulanıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 19 Sentyabr 2025 00:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















