Roma Papası dünya ictimaiyyətini Zelenski və Putinin danışıqlar üçün “cəsarət” tapmalarına dua etməyə səsləyib
Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, Müqəddəs Pyotr kilsəsinin eyvanından çıxış edən pontifik möminləri Ukrayna və Rusiya liderlərinin müharibəyə son qoymaq məqsədilə birbaşa danışıqlara başlamaq üçün özlərində “cəsarət” tapmaları üçün dua etməyə çağırıb.
Onun bu çağırışı ABŞ prezidenti Donald Tramp administrasiyasının sülh sazişi üzrə razılıq əldə etməyə çalışdığı bir vaxta təsadüf edib.
“Urbi et Orbi” (“Şəhərə və dünyaya”) müraciəti zamanı Lev XIV sələfi Papa Fransisk kimi qaçqınların əzablarından, iqlim fəlakətlərindən qaçan insanlardan, dini təqiblərin və terrorun qurbanlarından danışıb.
O, Livan, Fələstin, İsrail və Suriya üçün “ədalətə, sülhə və sabitliyə”, həmçinin davam edən münaqişələrin bütün qurbanları üçün sülhə çağırıb və dinləyicilərdən dünyada sülhün vəziyyətinə görə məsuliyyət daşımağı xahiş edib. “Əgər hər birimiz, hər səviyyədə başqalarını günahlandırmaq əvəzinə öz səhvlərimizi qəbul etsək və zəiflərə, əzilənlərə həmrəylik göstərsək, dünya dəyişərdi”, – deyə Papa bildirib.
Müraciətində pontifik bir çox böhranlara toxunaraq “unudulmuş” münaqişələrə xüsusi diqqət ayırmaq istədiyini vurğulayıb. Bu qəbildən Sudan, Cənubi Sudan, Mali, Burkina-Faso və Konqo Demokratik Respublikasındakı vəziyyəti qeyd edib. O, həmçinin Yəmən xalqının üzləşdiyi “aclıq və yoxsulluqdan”, Haitidə insanların əziyyət çəkdiyi zorakılıqlardan danışıb.
Papa Latın Amerikası liderlərinin ölkələrində müsbət dəyişikliklərə yol açacaq dialoqa başlamaları, Myanmada sülhün bərqərar olması, eləcə də Tailand və Kamboca arasında “qədim dostluğun bərpası” üçün dua edib ki, bu ölkələr “barışıq və sülh naminə birlikdə çalışa bilsinlər”.
Milad gecəsi keçirilən daha əvvəlki moizəsində Papa evsiz insanların və münaqişələrdən zərər çəkənlərin ağır vəziyyətini də pisləyib. Onun sözlərinə görə, İsanın hekayəsi Allahın bu dünyanın insanları arasında “öz kövrək çadırını qurduğunu” göstərir.
Daha əvvəl xəbər verilmişdi ki, Papa Kremlin Milad bayramı ərəfəsində atəşkəsi dayandırmaqdan imtina etməsi ilə bağlı açıqlama verib. Pontifik bu qərara görə “dərin kədər” hiss etdiyini bildirərək “xoş niyyətli insanları heç olmasa Miladı sülh günü kimi hörmətlə qarşılamağa” çağırıb.
Bundan əlavə, biz onun Trampın bəyanatlarına reaksiyası barədə də məlumat vermişdik. Papanın sözlərinə görə, ABŞ prezidentinin çıxışları ABŞ və Avropa arasındakı müttəfiqliyi zəiflətməyə yönəlib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 26 Dekabr 2025 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















