Icma.az
close
up
RU
Roma Papası XIV Leo İspaniyaya səfər edib FOTOLAR

Roma Papası XIV Leo İspaniyaya səfər edib FOTOLAR

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

15 ildən sonra İspaniyaya səfər edən ilk Roma Papası olan Papa XIV Leoni Madriddəki Adolfo Suarez Madrid-Barajas Airport hava limanında İspaniya Kralı VI Filip və Baş nazir Pedro Sançez qarşılayıb.

"Cebheinfo.az" xəbər verir ki, Papa XIV Leo proqramına uyğun olaraq iyunun 9-dək Madriddə qalacaq, daha sonra isə Barselona (9-10 iyun), Kanar adalarındakı Gran Kanariya (11 iyun) və Tenerife (12 iyun) şəhərlərinə səfər edəcək.

Papanın İspaniyaya səfəri katoliklər üçün böyük dini əhəmiyyət daşısa da, Vatikan dövlət başçısının verəcəyi siyasi mesajlar da diqqət mərkəzində olacaq.Papa XIV Leonun Yaxın Şərqdə sülhlə bağlı mesajlar verməsi gözlənilir. Belə ki, o, iyunun 8-də İspaniya parlamentində çıxış edən ilk Papa kimi tarixə düşəcək.

Son dövrlərdə ABŞ Prezidenti Donald Tramp tərəfindən tənqid olunan Papa XIV Leonun, İspaniya hökumətinin Fələstin dövlətini tanıyan, İsrailə qarşı sanksiyaları dəstəkləyən və iki dövlətli həll modelində israr edən siyasətinə uyğun şəkildə Yaxın Şərqdə sülh çağırışları etməsi gözlənilir.

Bununla yanaşı, onun miqrantlarla bağlı mövzuda qütbləşməyə və nifrətə qarşı dözümlülük və həmrəylik mesajları verməsi də ehtimal olunur.Katolik dünyasının ruhani liderinin proqramında dini baxımdan ən mühüm tədbirlərdən biri iyunun 7-də Madriddəki Plaza de Cibeles meydanında rəhbərlik edəcəyi bazar ayinidir. Bu mərasimdə təxminən 1 milyon nəfərin iştirak edəcəyi gözlənilir.Papa həmçinin iyunun 10-da Barselonadakı məşhur Sagrada Família bazilikasını ziyarət edəcək.

Səfər bazilikanın memarı Antoni Qaudinin vəfatının 100-cü ildönümünə təsadüf edir. Papa burada yaxın zamanda tamamlanan İsa Məsih qülləsinin rəsmi açılışını edəcək və dini ənənələrə uyğun olaraq onu təqdis edəcək.

Papa XIV Leonun səfəri ilə əlaqədar Madrid və Barselonada bir sıra küçələr nəqliyyat üçün bağlanıb, sakinlərə ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunub.

İspaniya Daxili İşlər Nazirliyi təhlükəsizliyi təmin etmək məqsədilə Papanın səfər edəcəyi bütün şəhərlərdə dördüncü səviyyəli təhlükəsizlik rejiminin tətbiq edildiyini, pilotsuz uçuş aparatlarının istifadəsinin qadağan olunduğunu və 15 mindən çox təhlükəsizlik əməkdaşının cəlb edildiyini açıqlayıb.

İspan Yepiskopları Konfransı və səfərin təşkilində iştirak edən digər qurumların məlumatına görə, Papa XIV Leonun İspaniya səfərinin ümumi dəyəri təxminən 25 milyon avrodur.

Bu məbləğin özəl qurumlar, fərdi ianələr, eləcə də Madrid, Kataloniya və Kanar adaları muxtar hökumətləri tərəfindən qarşılandığı bildirilib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 İyun 2026 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri