Icma.az
close
up
RU
Romada “Şəhərsalma və Memarlıq ili” çərçivəsində konfrans təşkil olunub

Romada “Şəhərsalma və Memarlıq ili” çərçivəsində konfrans təşkil olunub

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 aprel, AZƏRTAC

Azərbaycanın İtaliyadakı Səfirliyinin dəstəyi və səfirliyin tabeliyindəki Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Roma şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Metropoliten Şəhər Mərkəzində “Ümumdünya Şəhərsalma Forumu 13 Bakı 2026: Memarlıq İrsi, Şəhər Yenilənməsi və Yeni Mərkəzlər” başlıqlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda diplomatik, akademik və media nümayəndələri də daxil olmaqla ixtisaslaşmış auditoriya iştirak edib.

2026 – Şəhərsalma və Memarlıq ili çərçivəsində təşkil olunan tədbirin əsas məqsədi həm paytaxt Bakının genişmiqyaslı və yüksək aktuallığı olan beynəlxalq tədbirlər üçün əsas mərkəzə çevrilməyini müzakirə etmək, Bakı və Roma arasında şəhərlərin gələcəyi ilə bağlı yüksək səviyyəli dialoqu davam etdirmək və 17-22 may 2026-cı il tarixlərində baş tutacaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) haqqında geniş məlumat verərək, beynəlxalq iştirakı təşviq etmək olub.

Konfransda açılış sözünü Azərbaycanın İtaliyadakı Səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadə edib və konfransın WUF13 səyahətinin bir hissəsi olduğunu və bunun tədbirdən daha çox, iki mədəniyyət arasında bir körpü olduğunu, metaforik olaraq dialoqda iki paytaxtın təmsil olunduğunu vurğulayıb.

Daha sonra Azərbaycanın İtaliyadakı Səfirliyinin mədəniyyət məsələləri üzrə məsul diplomatı Nigar Qurbanova Ramazanlı çıxış edərək, bu il ölkəmizdə “Şəhərsalma və Memarlıq ili” elan edilməsi ilə memarlıq nailiyyətlərini qeyd etmək və bütün şəhərlərə uyğunlaşdırıla bilən innovativ həllər üzərində əməkdaşlıq etmək üçün unikal bir platformanın təqdim olunduğunu qeyd edib.

Metropoliten Şəhər Mərkəzinin direktoru Elena Andreoni 2025-ci ilin dekabr ayında açılışı olan mərkəzin yerli ictimaiyyət və beynəlxalq əməkdaşlıqla bağlı fəaliyyəti haqqında qısa məlumat təqdim edərək, Azərbaycana bu təşəbbüsə görə təşəkkürünü ifadə edib.

İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi iki ölkə arasında həm iqtisadi, həm də institusional münasibətlərdə izlənilən böyük inkişafdan danışaraq, Ticarət Palatasının da bu istiqamətdə fəaliyyəti barədə təqdimat edib.

Panel müzakirələrdə Azərbaycanın Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq idarəsinin müşaviri Sabir Rzayev, WUF13 Əsas Məzmun bölməsinin rəhbəri Cəmilə İsmayılzadə, “La Sapienza” Universitetinin professoru Leone Spita və “ArtCloud International Network” şirkətinin yaradıcı direktoru Fabritsio Konti iştirak edib.

S. Rzayev WUF13-ə ev sahibliyi etməyin milli prioritetlər baxımından Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb etdiyini, ölkəmizin azad edilmiş ərazilərində hərtərəfli yenidənqurma və bərpa prosesi həyata keçirdiyini, bu səylərin müasir, dayanıqlı, inklüziv şəhər və kənd icmalarının qurulmasına, eyni zamanda, məcburi köçkünlərin təhlükəsiz, ləyaqətli qayıdışının təmin edilməsinə yönəldiyini, bu təcrübənin Azərbaycana münaqişədən sonrakı bərpa və dayanıqlı şəhər inkişafı ilə bağlı qlobal müzakirələrə unikal bir perspektiv təqdim etməyə imkan verdiyini bildirib.

“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunacaq forum haqqında geniş təqdimat edən C.İsmayılzadə sessiya çərçivəsində keçiriləcək Liderlər Sammiti, xüsusi sessiyalar və digər tədbirlər barədə geniş məlumat verərək, sahə üzrə ekspertləri Bakıya dəvət edib.

Professor Spita Azərbaycanın şəhər xüsusiyyətlərinə, xüsusən də paytaxtın müxtəlif tarixi mərhələlərindəki təkamülünə özünəməxsus baxış bucağı təqdim edib, uzun illər Azərbaycanla sıx əməkdaşlıq edən Fabritsio Konti isə işğal olunmuş ərazilərin azad edilməsindən sonra Qarabağın yenidən qurulmasındakı geniş təcrübəsindən danışıb, Qarabağ Muzeylər Sistemini ehtiva edən video-çarx nümayiş etdirib.

Tədbirin sonunda isə getdikcə şəhərləşən dünyada yerli administrasiyaların daha dayanıqlı bir dünya üçün müdaxilə etməyə çağırıldığı WUF13-ün əhəmiyyətini vurğulayan Roma İrs və Mənzil Siyasəti üzrə Şura üzvü Andrea Tobia Zevinin video mesajı nümayiş olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2026 22:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri