Ronaldo Karlo Ançelottini Braziliya yığmasının “sükanı arxasında“ görmək istəyir
sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Real"ın və "Milan"ın sabiq hücumçusu Ronaldo italiyalı mütəxəssis Karlo Ançelottinin Braziliya millisinin baş məşqçisi olmasının tərəfdarıdır. Sport24.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.
Mənbənin məlumatına görə, Ronaldo 2026-cı ilin martında Braziliya Futbol Federasiyasının (CBF) prezidenti postuna namizəd olmaq niyyətindədir. Veteran futbolçu seçiləcəyi təqdirdə əla münasibətdə olduğu Ançelottini millinin məşqçilər korpusunun başında görə biləcəyinə ümid edir.
Hazırda tərəflər arasında bu mövzuda heç bir söhbət olmayıb. 65 yaşlı mütəxəssis "Kral klubu"ndan qovulacağı və ya müqaviləsi bitəcəyi təqdirdə Braziliya millisində işləyə bilər. Ançelottinin "Los Blancos"la ilə hazırkı müqaviləsi 2026-cı ilin iyununa qədərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 08 Fevral 2025 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















