Ronaldoya pas sözləri Portuqaliyada gündəm oldu
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Portuqaliya millisinin futbolçusu Fransisko Konseysau DÇ-2026-nın qrup mərhələsində Özbəkistanla keçiriləcək oyun öncəsi Kriştianu Ronaldu ilə bağlı diqqətçəkən açıqlama verib.
İdman.Biz xəbər verir ki, 23 yaşlı sağ cinah oyunçusu Portuqaliya millisinin hər hücumda topu mütləq Ronaldoya çatdırmalı olması fikri ilə razılaşmayıb.
“Media belə bir görüntü yaradır ki, sanki hər topu Ronaldoya verməliyik. Belə bir şey yoxdur. Ronaldoya pas verməyə məcbur deyilik. Epizod zamanı həmişə ən yaxşı mövqedə olan futbolçunu görməyə çalışırıq”, - deyə Konseysau bildirib.
Portuqaliya K qrupunun ikinci turunda Özbəkistanla qarşılaşacaq. Matç 23 iyunda Bakı vaxtı ilə 21:00-da başlayacaq.
Qeyd edək ki, Portuqaliya ilk turda Konqo DR ilə 1:1 hesablı heç-heçə edib. Bu nəticədən sonra Roberto Martinesin komandası Özbəkistanla oyuna daha ciddi təzyiq altında çıxacaq.
Baxış sayı:143
Bu xəbər 22 İyun 2026 05:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















