Ronaldu Kazemironun Əl Nəsr ə keçməsi üçün çalışır
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu yarımmüdafiəçi Kazemironu komandaya keçməyə razı salmağa çalışır.
"Ölkə.az" xəbər verir ki, braziliyalı futbolçu yay "transfer pəncərəsi"ndə "Mançester Yunayted"i (İngiltərə) tərk edəcəyi üçün indidən başqa təklifləri dəyərləndirməyə başlayıb.
Ronaldu Kazemironu komandanın səviyyəsini yüksəltmədə həlledici fiqur kimi görür.
Eyni zamanda, ABŞ-nin "İnter Mayami" klubu da 34 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Danışıqlar mərhələli şəkildə davam edir. Kazemiro isə bu yaxınlarda Mayamiyə səfər edib, klubun bazası ilə tanış olub və rəhbərliklə görüşlər keçirib.
Qeyd edək ki, Ronaldu və Kazemiro 2013–2018-ci illərdə İspaniyanın "Real" komandasında birgə çıxış ediblər.(Report)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 31 Mart 2026 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















