Ronaldunun qapalı keçiriləcək toyuna hansı məşhurlar dəvət olunublar?
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun və Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldunun Corcina Rodrigeslə keçiriləcək toy mərasiminin qonaq siyahısı bəlli olub.
Moderator.az "MMA Weekly" nəşrinə istinadən xəbər verir ki, Ronaldu toyuna UFC-nin sabiq çempionları Həbib Nurməhəmmədov və Konor Makqreqoru dəvət edib.
Mərasimdə, həmçinin dünya şöhrətli musiqiçilər Dreyk, Rihanna və Cennifer Lopes, məşhur bloqer "IShowSpeed", britaniyalı teleaparıcı Pirs Morqan və digər tanınmış simaların iştirak edəcəyi gözlənilir.
Məlumata görə, Ronaldu və Corcina Rodrigesin toyu qarşıdakı həftəsonu Portuqaliyanın Madeyra adasında keçiriləcək. Cütlük əvvəlcə Funşal kafedral kilsəsində nikah mərasimini təşkil edəcək, daha sonra isə beşulduzlu hoteldə toy məclisi baş tutacaq.
Qeyd olunur ki, mərasimlə əlaqədar olaraq hotelin qonaqlarına cümə və şənbə günləri binanın iki mərtəbəsinin, eləcə də bir neçə bar zonasının bağlanacağı barədə əvvəlcədən məlumat verilib.
Xatırladaq ki, Funşal Kriştianu Ronaldunun doğulduğu şəhərdir. Portuqaliyalı futbolçu Corcina Rodrigesə 2025-ci ildə evlilik təklifi edib. Cütlük 2016-cı ildən münasibətdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 04 Avqust 2026 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















