Icma.az
close
up
RU
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 5 oktyabr, AZƏRTAC

Rusiyanın “Rosatom” dövlət korporasiyası oktyabrın 5-də bildirib ki, Zaporojye Atom Elektrik Stansiyasındakı (ZAES) iki obyekt gecə saatlarında həyata keçirilən hücum nəticəsində zədələnib.

AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, “Rosatom”un baş direktoru Aleksey Lixaçevin sözlərinə görə, stansiyanın dördüncü və beşinci reaktorlarından təxminən 200 metr məsafədə yerləşən laboratoriya binası və radioaktiv tullantıların emalı obyekti zədələnib.

TASS-ın məlumatına görə, Lixaçev deyib: “Hər iki halda dam örtüyü zədələnib, lakin nüvə təhlükəsi yoxdur”. O qeyd edib ki, davam edən hücumlara baxmayaraq, stansiya işçiləri obyektin əsas avadanlıqlarını təhlükəsiz vəziyyətdə saxlamağa davam edirlər.

Lixaçevin sözlərinə görə, “Rosatom” Beynəlxalq Atom Enerjisi Agentliyini (BAEA) stansiyanın təmirə ehtiyacı olması barədə məlumatlandırıb və bu işlərin aparılması üçün müvəqqəti atəşkəsə çağırıb.

“Normal şəraitdə transformatorun təmiri adi bir işdir; lakin bu gün bu, təmir briqadalarımızın həyatı üçün birbaşa təhlükə yaradan əməliyyatdır. İnsanlarımızı təhlükəyə atmağa haqqımız yoxdur”, - deyə o bildirib və əlavə edib ki, stansiya ərazisində müvəqqəti və lokal atəşkəsin şərtləri razılaşdırılır.

Avropanın və dünyanın ən böyük 10 atom elektrik stansiyasından biri olan ZAES ətrafındakı vəziyyət potensial nüvə fəlakəti ilə bağlı davam edən narahatlıqlar fonunda gərgin olaraq qalır. Belə ki, Moskva və Kiyev tez-tez bir-birini obyekt ətrafında hücumlar həyata keçirməkdə ittiham edir.

2022-ci ilin mart ayından etibarən Rusiyanın nəzarətində olan stansiyada 2022-ci il sentyabrın 1-dən etibarən BAEA əməkdaşları fəaliyyət göstərirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Oktyabr 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri