Icma.az
close
up
RU
Rotavirus uşaqlar üçün niyə təhlükəlidir? Həkimlərdən xəbərdarlıq

Rotavirus uşaqlar üçün niyə təhlükəlidir? Həkimlərdən xəbərdarlıq

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Son dövrlərdə uşaqlar arasında sürətlə yayılan rotavirus yenidən diqqət mərkəzinə gəlib. Əsasən şiddətli ishal ilə müşahidə olunan bu virus xüsusilə körpələr və azyaşlı uşaqlar üçün təhlükəli hesab olunur. Mütəxəssislər bildirirlər ki, vaxtında müdaxilə edilmədikdə xəstəlik ciddi maye itkisinə və ağır fəsadlara səbəb ola bilər.

Ölkə.az xəbər verir ki, rotavirus ən çox qışın sonu və yaz aylarında yayılır. Xəstəlik adətən yüksək hərarət və qusma ilə başlayır. Daha sonra tez-tez təkrarlanan sulu ishal yaranır. Qarın ağrısı və halsızlıq da əsas əlamətlər sırasında yer alır. Şikayətlər bir neçə gündən bir həftəyə qədər davam edə bilər.

Həkimlərin sözlərinə görə, virus çox yoluxucudur və xüsusilə bağça, məktəb, xəstəxana kimi kollektiv yerlərdə sürətlə yayılır. Gigiyena qaydalarına əməl edilməməsi, ortaq istifadə olunan əşyalar və xəstə şəxslərlə təmas yoluxma riskini artırır.

Uşaq sağlamlığı üzrə mütəxəssislər bildirirlər ki, rotavirusda ən böyük təhlükə bədənin sürətlə maye itirməsidir. Xüsusilə 4 ay ilə 2 yaş arasındakı uşaqlarda xəstəlik daha ağır keçə bilər. Bu səbəbdən uşağın bol maye qəbul etməsi vacib sayılır.

Mütəxəssislər bu dövrdə uşaqlara su, qatıq, düyü, kartof, banan və ana südü verilməsini tövsiyə edirlər. Ağır hallarda isə xəstəxanada damardaxili maye müalicəsi lazım ola bilər.

Həkimlər qeyd edirlər ki, ana südü ilə qidalanan körpələr xəstəliyi daha yüngül keçirirlər. Rotavirusdan qorunmanın ən effektiv yolu isə peyvənddir. Peyvənd uşaqları xüsusilə həyatın ilk illərində ağır ishal və təhlükəli maye itkisinə qarşı qoruyur.

Mütəxəssislər valideynlərə uşaqlarda uzun sürən ishal, qusma və halsızlıq müşahidə olunduqda vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edirlər.(qaynarinfo)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 May 2026 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri