Rövşən Nəcəf: “Bunu yenilənmə mərhələsi kimi qiymətləndiririk”
Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Cənab Prezident İlham Əliyevin dəstəyini hiss etdik".
Apasport.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf qurumun Hesabat Konfransı zamanı söyləyib.
O, milli komandamızın çıxışı barədə fikirlərini bildirib:
"Kişilərdən ibarət milli komandamız çətin sınaqdan keçdi. Bunu yenilənmə mərhələsi kimi qiymətləndiririk. Ayxan Abbasova milli komandada işləmək təklifini qəbul etdiyi üçün təşəkkür edirəm. Millim oyun baxımından inkişaf edib. FİFA Seriesdə yığmamızın əzmkarlıq göstərməsi sonda yığmamızın kuboku qazanması ilə nəticələndi. İnanrııq ki, bundan sonra da tez-tez qələbə qazanarıq. Qadınlardan ibarət millimiz də uğurlu oldu. Misli Premyer Liqasında klub say 12-ə çatdı. Bu da rəqabətə gətirib çıxardı. “Qarabağ”ın ÇL-də qitənin nəhəng klublarına layiqli mübarizə apararaq Azərbaycan futbolunda növbəti dəfə tarix yazdı. Bizə bu hissləri yaşatdığına görə “Qarabağ”a, xüsusi ilə Qurban müəllimə təşəkkür edirəm. Kişilər arasında DÇ U-20-ə millimiz də ev sahibliyi edəcək. İlham Əliyevin də dediyi kimi: Bu Avropa və Asiyanı birləşdirən nailiyyətdir”.
Baxış sayı:145
Bu xəbər 03 Aprel 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















