Icma.az
close
up
RU
“Röya qızımızın toyuna gəlişi ilə Əhlimanı sevindirdi, Samirə xanım ondan halallıq aldı” FOTO+ÖZƏL

“Röya qızımızın toyuna gəlişi ilə Əhlimanı sevindirdi, Samirə xanım ondan halallıq aldı” FOTO+ÖZƏL

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

“Deyə bilmərəm ki, Əhliman müəllimin vəziyyəti stabil olaraq yaxşıdır yaxud da pis. Gah yaxşı olur, gah da pis olur. Bəzən görürsən ki, sözü bir dəfə deyirsən başa düşür, bir də görürsən 10 dəfədən sonra anlayır. Bir də görürsən ailəlikcə söhbət edirik, biz elə düşünürük ki, o heç nəyi başa düşmür. Səhəri gün hər şeyi bizə danışır. Xəstəliyi çox qəribə irəliləyir. Bilirsiniz ki, həm insult keçirib, həm də açıq ürək əməliyyatı olub. Nitqində problemlər, ləngimələr var. Həkimlər deyir ki, müalicəsi yoxdur”.

Bunu Moderator.az-a açıqlamasında Əməkdar Mədəniyyət işçisi, fəlsəfə doktoru, dosent Aşıq Əhliman Rəhimovun həyat yoldaşı Aybəniz Salmanova deyib.

O daha sonra əlavə edib:

“Mən hər kəsdən çox razıyam. Həqiqətən də onlar Əhliman müəllimi yaddan çıxarmırlar. Xüsusilə də Mədəniyyət və İncəsənət Universitetinin aşıq yaradıcılığı kafedrasının əməkdaşları. Ələxsus da  aşıq Samirə xanım. Samirə xanım hər zaman Əhliman müəllimə diqqət göstərir. Muğam Mərkəzində onun yubiley gecəsini təşkil etmişdi. Bir də görürsən kafedra əməkdaşları yığışanda bizi də dəvət edirlər. O hər zaman Əhliman müəllimi sevindirir. Bilirsiniz ki, aşıq yaradıcılığı kafedrasının rəhbəri Əhliman müəllim idi. Səhhəti ilə əlaqədar hazırda ora Samirə xanım rəhbərlik edir. Samirə xanım məclislərdən birində Əhliman müəllimin boğazına sarılıb, ondan halallıq istədi. Əhliman müəllim onsuz da özündən sonra orada Samirə xanımı görmək istəyirdi”, - deyə o bildirib.

Aybəniz xanım bildirib ki, sənətkar yaradıcılığla məşğul ola bilmir:

“Sazı sonuncu dəfə əlinə nə vaxt götürdüyü yadımda deyil. Bəzən əhvalı yaxşı olanda ifa edir. Bəzən də aşıq havalarını zümzümə edir. Ona zəng edən, məlumat almaq istəyən aşıq dostlarına məsləhətlərini verir. Bəzən televiziya verilişlərində aşıq ifalarını izləyir, əksəriyyətinin səhvini də tutur. Yaddaşı güclü olmasa da, sənətlə bağlı çox şey yadında qalıb”.

Aybəniz Salmanova Aşıq Əhlimanın müəllifi olduğu və müğənni Röya Ayxanın yeni nəfəs gətirdiyi “Yaz ayları” mahnısından da danışıb. O bildirib ki, müğənni Röya Ayxan qızlarının toyunda iştirak edib:

“Sözün düzü Röya xanımı həm Əhliman müəllimə, həm də övladıma mən sürpriz etmişdim. Onlar Röya xanım zala daxil olanda bildilər və sevindilər. Mən ondan xahiş edib demişdim ki, vaxtınız olsa gələrsiniz. O toya gəlişi ilə bizi çox sevindirdi. Bir dəfə də Röya xanımdan soruşdular ki, “siz onun “Yaz ayları” mahnısını oxuyursunuz, özündən icazə almısınız?”. Röya xanım dedi ki, "Əhliman müəllim biz gəncləri o qədər sevir ki.. Mən ehtiyac bilmədim ki, ondan xüsusi icazə alım. Elə bilirəm ki, o mənim atamdır”. Bu sözdən çox xoşum gəldi. Həqiqətən də Röya xanım mənim ürəyimcə olan cavab verdi”, - deyə Aybəniz Salmanova bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Oktyabr 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see351

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see212

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see194

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see187

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see181

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see175

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see160

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see147

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see135

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see134

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see134

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see133

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri