Icma.az
close
up
RU
Rubeni kimlər “Türkiyə agenti” hesab edir və niyə?

Rubeni kimlər “Türkiyə agenti” hesab edir və niyə?

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Onun Ermənistan parlamentinin sədri postuna namizədliyinin irəli sürülməsi ölkə daxilində personası ətrafında müzakirələri yenidən qızışdırıb

Ermənistan parlamentinin sədri postuna Ruben Rubinyanın namizədliyinin irəli sürülməsi ölkə daxilində yenidən onun Türkiyə ilə əlaqələri barədə uzun illərdir davam edən müzakirələri gündəmə gətirib.

Müxalif siyasətçilər, bəzi siyasi şərhçilər və media orqanları Rubinyanın siyasi karyerasını, təhsil və fəaliyyət yolunu əsas gətirərək onu “Türkiyənin təsir agenti" adlandırırlar.
Ötən parlamentin vitse-spikeri olan Ruben Rubinyan uzun müddət Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi olub və Ankara ilə aparılan birbaşa danışıqlarda İrəvanı təmsil edib. Son günlər onun parlament sədri vəzifəsinə namizəd göstərilməsi də diqqət çəkib.

"Hraparak" nəşrinin yazdığına görə, hakim “Vətəndaş Müqaviləsi” Partiyasında keçirilən gizli səsvermədə Rubinyan gözlənilmədən parlamentin sabiq sədri Alen Simonyanı qabaqlayıb. Nəşr bunu “xarici amillərlə” əlaqələndirən versiyaların hakim partiya daxilində də müzakirə olunduğunu yazır.
Bu iddiaların əsas səbəblərindən biri Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın Rubinyanı namizəd seçildikdən dərhal sonra sosial şəbəkədə təbrik etməsi olub. Müxalif dairələr bunu Ankara ilə xüsusi münasibətlərin göstəricisi kimi təqdim etməyə çalışırlar.
Rubinyan haqqında ən sərt ittihamlar əsasən müxalif siyasətçilər, millətçi dairələr və bəzi siyasi ekspertlər tərəfindən səsləndirilir.
Siyasi icmalçı Nairi Ohikyan bildirib ki, Rubinyan diplomatiya sahəsində ciddi təcrübəyə malik olmayıb və onun sürətli siyasi yüksəlişi suallar doğurur. Ohikyan hesab edir ki, Rubinyanın Türkiyədə fəaliyyəti cəmiyyət üçün tam aydınlaşdırılmayıb.
Hakimiyyətin əsas tənqidçiləri isə xüsusilə Rubinyanın 2017–2018-ci illərdə İstanbul Siyasət Mərkəzində (IPC) apardığı araşdırmanı qabardırlar. Bu mərkəz Sabancı Universitetinin nəzdində fəaliyyət göstərir və Hrant Dink Fondunun Ermənistan–Türkiyə təcrübə mübadiləsi proqramı çərçivəsində Rubinyan burada tədqiqat aparıb.
Müxaliflər iddia edirlər ki, həmin layihə Türkiyənin “yumşaq güc” siyasətinin tərkib hissəsi olub. Bununla yanaşı, Sabancı Universitetinin yaranma tarixi və qurucuları barədə müxtəlif siyasi iddialar da gündəmə gətirilir. Lakin bu ittihamların əksəriyyəti müstəqil şəkildə təsdiqlənməyib və əsasən siyasi polemikanın tərkib hissəsi olaraq qalır.

Rubinyan Yerevan Dövlət Universitetində, daha sonra London Universitet Kollecində (UCL) və Yagellon Universitetində təhsil alıb. 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən dərhal sonra o, xarici işlər nazirinin müavini təyin edilib. Müxalifət hesab edir ki, əvvəlki diplomatik təcrübəsinin olmamasına baxmayaraq bu qədər sürətlə yüksək vəzifəyə gətirilməsi əlavə suallar yaradır.
Müxalif “Güclü Ermənistan” blokunun nümayəndəsi Anuş Mirzoyan parlamentdə çıxışı zamanı Rubinyanın Türkiyədə tələbə olduğu illərdə hansı fəaliyyətlə məşğul olduğunu soruşub. Onun sözlərinə görə, Rubinyanı ilk təbrik edənlərdən biri məhz Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç olub və bu, cəmiyyətdə əlavə suallar doğurur. Mirzoyan bildirib ki, ictimaiyyət Rubinyanın Türkiyədəki fəaliyyəti ilə bağlı daha ətraflı izahat gözləyir. Ruben Rubinyan özü bütün bu ittihamları qəti şəkildə rədd edir. O, parlamentdə çıxışı zamanı bildirib ki, heç kimin onu “Türkiyə agenti” adlandırmağa əsası yoxdur. Rubinyanın sözlərinə görə, Türkiyədə apardığı araşdırma sırf akademik xarakter daşıyıb və Hrant Dink Fondunun proqramı çərçivəsində həyata keçirilib.
Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 İyul 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see467

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see351

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see294

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see251

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see248

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see243

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see238

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see238

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see228

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see206

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see195

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see193

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see188

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri