Icma.az
close
up
RU
Rubio 200 şirkət rəsmisi ilə türk ölkəsinə gəlir

Rubio 200 şirkət rəsmisi ilə türk ölkəsinə gəlir

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ dövlət katibi Marko Rubio 17-22 oktyabr tarixlərində əvvəlcə Özbəkistana, oradan da Hindistana səfər edəcək. Rubio Səmərqənddə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan xarici işlər nazirlərinin iştirakı ilə 5+1 formatında təşkil olunan görüşdə iştirak edəcək. Görüş yeri kimi Özbəkistanın seçilməsi Vaşinqtonun bu ölkəylə əməkdaşlığa verdiyi əhəmiyyətdən irəli gəlir. Təsadüfi deyil ki, Marko Rubio ilə birgə Özbəkistana ABŞ-ın 200-dən çox iri şirkətinin nümayəndəsi səfər edəcək.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Vaşinqtonun Mərkəzi Asiyaya marağı artıb. Mərkəzi Asiyanın geosiyasi mövqeyi, zəngin resursları və nəqliyyat yolları Amerika Birləşmiş Ştatlarının diqqətini çəkib. Vaşinqton Mərkəzi Asiya uğrunda rəqabətdə Rusiya və Çindən geri qalmaq istəmir. Öz növbəsində Mərkəzi Asiya ölkələri ABŞ-la əməkdaşlığı inkişaf etdirməklə, bu ölkənin yatırımlarını cəlb etməyə çalışırlar. Bu, Mərkəzi Asiya ölkələrinə Rusiya və Çinlə münasibətlərdə balansı qorumağa şərait yaradır”, - politoloq bildirib.

O əlavə edib ki, Marko Rubionun Hindistana səfəri də diqqət mərkəzindədir:

“Dövlət katibi Hindistana səfəri çərçivəsində paytaxt Yeni Dehlinin əvəzinə Mumbay və Camnagar şəhərlərinə gedəcək. O, Hindistanda keçirəcəyi görüşlərdə iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi mövzularını müzakirə edəcək.

Marko Rubio bu ilin fevral ayında Münhen Təhlükəsizlik Konfransında çıxış edərkən, Hindistanın Rusiyadan neft almayacağına dair vəd verdiyini söyləmişdi. Bu açıqlamadan 3 ay sonra Rubio Hindistana səfər edərək, Yeni Dehlidə enerji mövzusunu geniş şəkildə müzakirə etmişdi. Daha sonra İran ətrafında vəziyyətin gərginləşməsiylə dünyada enerji qiymətləri qalxdığına görə, Ağ Ev Hindistanın Rusiyadan neft alışına qarşı siyasətini yumşaltmağa qərar verdi. Çinin regional ambisiyalarını məhdudlaşdırmaq baxımından Hindistanla strateji əməkdaşlıq Vaşinqton üçün əhəmiyyətlidir. ABŞ 2030-cu ilə qədər Hindistanla ticarəti 500 milyard dollara çatdırmağı planlaşdırıb. Misal üçün 2026-cı ilin altı ayında iki ölkə arasında ticarətin həcmi 140 milyard dolları keçib.

Marko Rubionun Hindistana il ərzində ikinci səfərində enerji və nadir torpaq elementlərinin birgə istismarıyla yanaşı bölgədəki siyasi proseslərin müzakirə ediləcəyi proqnozlaşdırılır. Rubionun fevral ayında söylədiyinin əksinə olaraq, Hindistandan Rusiyadan neft alışını dayadırmasını tələb etməyəcək. Çünki ABŞ Prezidenti Donald Tramp ölkəsinin Rusiya ilə dizel yanacağıyla bağlı ticarətə icazə verdiyi halda, başqa dövlətdən “Rusiyadan neft almayın” tələbini səsləndirməsi məntiqə uyğun olmaz. Hindistanın neftayırma zavodları Yaxın Şərqdə və Körfəz ölkələrinin girişlərindəki boğazlarda yaranan gərginlik fonunda Rusiyanın ucuz neftinə üstünlük verirlər.

Rubionun Hindistana səfəri zamanı iki ölkə arasında birgə hərbi təlimlərin keçirilməsi mövzusu ətrafında da fikir mübadiləsinin aparılacağını söyləmək mümkündür. Bu təlimləri Çin-Ruriya birgə hərbi təlimlərinə cavab kimi qiymətləndirmək olar. Hindistan eyni zamanda ABŞ-dan hərbi texnika almaqda davam edəcək. Halbuki Hindistan keçmiş illərdə bu sahədə Rusiya ilə əməkdaşlıq edirdi”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://axar.az
archiveBu xəbər 15 Oktyabr 2026 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri