Icma.az
close
up
RU
Rubio etiraf etdi

Rubio etiraf etdi

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukrayna 100 il geriyə atılıb...

Qərb koalisiyasının aparıcı ölkəsi olan ABŞ artıq Rusiya-Ukrayna müharibəsi ilə bağlı reallığı dərk etməyə başlayıb. Bayden-Blinken hakimiyyətinin Ukraynada yürütdüyü siyasətin səhv olması,  qızışdırıcı mövqedən çıxış etməsi bu günki ABŞ administrasiyası tərəfindən etiraf olunur - bu səhvi düzəltmək üçün real və münasib vəziyyət yaratmağa çalışılır.

Belə ki, ABŞ-ın Dövlət katibi Marko Rubionun Ukrayna ilə bağlı səsləndirdiyi son bəyanat ciddi maraq doğurub - o, bildirib ki, artıq demokratlar da Ukraynaya maliyyə yardımının davam etməsinin perspektivsiz olduğunu anlayıblar. Kiyevin dağıdıldığını, ərazilərini itirdiyini və ölkənin gələcəyinin ciddi təhlükə altına düşdüyünü deyən Rubio bildirib ki, əvvəlki administrasiya Ukraynada kobud səhvlərə yol verib: “Ukrayna 100 il geriyə atılıb, enerji sektoru məhv edilib, milyonlarla insan ölkəni tərk edib. Biz insanlara təkcə qələbənin deyil, Krımın geri qaytarılmasının da mümkün olduğu illüziyasını yaratdıq. Lakin reallıq uzunmüddətli çıxılmaz vəziyyətdir”. 

Sülh çağırışları edilmişdi...

Qeyd edək ki, Marko Rubio bundan əvvəl də - Senatda vəzifəyə təsdiqləndikdən dərhal sonra öz çıxışında Ukrayna məsələsinə toxunmuşdu - o, Rusiya və Ukrayna arasında müharibənin nə zaman sona çatacağını dəqiq deyə bilmədiyini söyləmiş, hər iki tərəfin müəyyən güzəştlərə getməli olduğunu qeyd etmişdi. 

“Bu, mürəkkəb məsələdir. Mən münaqişəni iki tərəf arasında bitirmək cəhdlərində dəqiq vaxt təyin etmək istəmirəm və edə bilmirəm. Heç bir tərəf maksimum məqsədlərinə nail ola bilmədiyi halda, hər iki tərəf nədənsə əl çəkməli olacaq”.

ABŞ-ın yeni Dövlət katibi əvvəlki administrasiyanın Ukrayna siyasəti ilə bağlı fikirlərində müəyyən mənada haqlı ola bilər - nəzərə alaq ki, Rusiya-Ukrayna müharibəsinin ilk dövrlərində Azərbaycan və Türkiyə münaqişənin dayanması üçün çağırışlar etmişdi. Xüsusilə Türkiyə iki tərəf arasında görüşlərin təşkil olunmasında vasitəçilik rolunu irəli sürmüşdü  Türkiyənin neytral mövqe tutduğuna və münasib ölkə olduğuna görə, müəyyən müddət ərzində İstanbul və Ankarada hər iki ölkənin rəsmiləri arasında müəyyən görüşlər təşkil olunmuşdu. Hətta Qara dəniz üzərindən taxıl və ərzaq məhsullarının təhlükəsiz şəraitdə daşınmasını təmin etmək üçün 2022-ci ilin iyulun 22-də İstanbulda Türkiyə və Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə Moskva və Kiev arasında taxıl sazişi imzalanmışdı. Artıq etiraf edilir ki, Bayden-Blinken hakimiyyətinin addımları Ukraynada münaqişənin davam etməsinə yol açıb

Kompromis olmadı...

Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Ukraynanın bugünkü vəziyyətə düşməsində əsas günahkar məhz Bayden-Blinken hakimiyyətidir. Bu administrasiya, həqiqətən Ukraynada münaqişənin davam etməsinə çalışıb. A.Nərimanlı vurğulayıb ki, Ukrayna Rusiya ilə Qərb arasında müharibə poliqonuna çevrilib: “Xatırladım ki, müharibənin başlamasından bir müddət öncə Kreml ABŞ-a NATO-nun Şərqə genişlənməməsi və digər məsələlər ilə bağlı tələblər təqdim etmişdi. Sözsüz ki, bu tələblər ABŞ üçün qəbul edilməz idi və Vaşinqton tərəfindən rədd edildi. Bu tələblərin qəbul edilməsi Rusiyanın qlobal proseslərdə gücünün tanınması ilə nəticələnə bilərdi. Məhz bu səbəbə görə, Bayden-Blinken hakimiyyəti ABŞ və NATO-nun maraqlarını üstün tutmaq üçün Ukraynanı qurban verdi”.

Baydenin planı fiaskoya uğradı

“Əvvəlki administrasiya düşünürdü ki, Ukraynadakı müharibə və sərt iqtisadi sanksiyalar Rusiyanı zəiflədəcək və Qərbdən asılı vəziyyətə salacaq. Amma biz görürük ki, Rusiya Qərbin sanksiyaları qarşısında tab gətirməyi bacarıb və bir addım da geri çəkilmək niyyətində deyil.  Bayden administrasiyası Ukraynada çox səhv siyasət yürütdü, buna görə də bu bölgədə ABŞ-ın maraqlarını təmin edə bilmədi,” - deyə A.Nərimanlı əlavə edib.

Rubio çağırış edib

Politoloq bildirib ki, Tramp administrasiyası Ukraynada müharibəni dayandırmaq və atəşkəsi təmin etmək üçün Putin hakimiyyəti ilə danışıqlar aparmaq istəyir:  “Hazırki administrasiya Bayden-Blinken hakimiyyətinin Ukraynada səhvlərini düzəltmək üçün ortaya güclü iradə qoymaq niyyətindədir. Eyni zamanda, Rubionun bəyanatı danışıqlara başlamaq üçün çağırışdır. Rubio demək istəyir ki, Ukraynada münaqişənin davam etməsi heç bir nəticə verməyəcək, əksinə ölkədəki vəziyyəti daha da ağırlaşdıracaq”.

Yunis ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Fevral 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see261

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see260

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see239

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see230

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see228

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see222

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see218

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see218

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see216

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see204

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see200

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see196

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see190

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see185

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see182

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see180

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see174

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see170

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see169

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri