Rubio: İran husiləri münaqişəyə cəlb edib
Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Dövlət katibi Marko Rubio Yəməndə fəaliyyət göstərən husilərin İran tərəfindən Yaxın Şərqdəki münaqişəyə cəlb olunduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində danışıb.
“Mən gərginliyin azalacağına ümid edirəm. Düşünürəm ki, husilər bu vəziyyətə İran tərəfindən cəlb olunublar”, – deyə Rubio bildirib.
Onun sözlərinə görə, husilər əvvəllər ABŞ-İran qarşıdurmasından kənarda qalmağa çalışsalar da, hazırda Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmilərə hücum etməklə münaqişənin iştirakçısına çevriliblər.
Bu arada ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, husilər Qırmızı dənizdə gəmilərə yenidən hücum etsələr, Vaşinqton hərbi əməliyyat keçirəcək və buna görə İranı məsuliyyət daşıyan tərəf hesab edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 24 İyul 2026 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















