Rubio: Rusiya ilə Ukrayna taxıl və energetika atəşkəsində maraqlıdır
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Rusiya və Ukrayna taxıl tədarükü və energetikaya aid ola biləcək atəşkəsdə maraqlıdırlar.
Bakıvaxtı.az "Sky News"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Nyu-Yorkda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra jurnalistlərə bildirib.
"Düşünürəm ki, hər iki tərəf taxıl və energetikaya aid olan müəyyən məhdud atəşkəsdə maraqlı olduqlarını ifadə edib", - Rubio deyib.
Onun sözlərinə görə, belə bir atəşkəs münaqişəni həll etməyəcək, lakin potensial olaraq müharibənin bəzi qlobal nəticələrini zəiflədə bilər.
Rubio qeyd edib ki, ABŞ belə bir razılaşmanın əldə olunmasında konstruktiv rol oynamağa hazırdır.
"Mümkündür ki, bu, daha geniş bir razılaşma üçün platforma rolunu oynasın", - dövlət katibi əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 23 Sentyabr 2026 20:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















