Rubio: Tramp Tehranın nüvə silahı əldə etməməsi üçün lazım olan hər şeyi edəcək
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 25 may, AZƏRTAC
Vaşinqton administrasiyası Tehranla danışıqlar yolu ilə məqsədlərinə nail ola bilmədiyi təqdirdə, İrana qarşı hərbi əməliyyat variantını nəzərdən keçirir.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Hindistanın “India Today” telekanalına müsahibəsində deyib.
“Prezident Donald Tramp İranın heç vaxt nüvə silahı əldə etməməsi üçün lazım olan hər şeyi edəcəyini açıq şəkildə bəyan edib. O, buna danışıqlar və diplomatiya yolu ilə nail olmağa üstünlük verir və biz bu imkanlardan maksimum istifadə edəcəyik”, - deyə Dövlət katibi bildirib.
Rubio İrana qarşı mümkün hərbi əməliyyatlara toxunaraq əlavə edib: “Əgər bu cəhdlər nəticə verməsə, Prezidentin belə bir seçimi var. Amma bu, bizim üstünlük verdiyimiz yol deyil. İlk seçimimiz məsələnin danışıqlar yolu ilə həllidir və biz bu istiqamətdə çalışmağa davam edəcəyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 25 May 2026 02:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















