Rubio: Vaşinqtonun xarici siyasətini dünya nizamı deyil, ABŞ maraqları müəyyən etməlidir
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“ABŞ administrasiyası öz xarici siyasətini təyin edərkən indiki dünya nizamını deyil, ABŞ-ın milli maraqlarını rəhbər tutacaq.”
APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
"Xarici siyasətimizin - yerdən və məsələdən asılı olaraq - ilk növbədə ABŞ üçün nəyin xeyirli olduğuna fokuslanmalı olduğu fikri tamamilə itirilib. Biz beynəlxalq nizam və ya dünya üçün nəyin xeyirli olduğuna əsaslanaraq dəfələrlə xarici siyasətdə qərarlar vermişik. Mən demirəm ki, bunların heç bir əhəmiyyəti yoxdur. Amma bizim xarici siyasətimizin birinci prioriteti ABŞ və ABŞ-ın maraqlarına cavab verən məsələlər olmalıdır. Bu, təcridçilik deyil, sağlam düşüncədir", - o deyib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>

Marko Rubio Vaşinqtonun NATO ilə bağlı planlarını açıqlayıb
15 May 2025 14:31
Rubio Vaşinqtonun Çinin əleyhinə yeni tədbirlər görəcəyini istisna etmir
04 Fevral 2025 08:00
ABŞ ın Qrenlandiyadakı hərbi bazasının komandiri Vaşinqtonun siyasətini tənqid etdikdən sonra işdən çıxarılıb
12 Aprel 2025 20:59
Vaşinqtonun Pekin narahatlığı
01 Fevral 2025 11:01
Vaşinqtonun “sülh planı”...
25 Fevral 2025 11:42

