Icma.az
close
up
RU
Rusiya eksperti rublun məzənnəsində son hədd və geosiyasətin ona təsiri barədə

Rusiya eksperti rublun məzənnəsində son hədd və geosiyasətin ona təsiri barədə

Icma.az, Azertag saytına istinadən bildirir.

Moskva, 22 mart, AZƏRTAC

Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Beynəlxalq biznes kafedrasının professoru və Rusiya Rektorlar Şurasının üzvü Aleksey Xarlanov AZƏRTAC-a verdiyi müsahibədə mövcud valyuta dinamikasını və qlobal proseslərin Rusiya iqtisadiyyatına təsirini qiymətləndirib.

O bildirib ki, siyasi transformasiya və iqtisadi modelin yenidən qurulması fonunda rublun məzənnəsindəki dalğalanma təbiidir. “Faktiki məzənnənin nə olacağını demək çox çətindir. Bu il Rusiyada Dövlət Dumasına seçkilər ili olduğundan, siyasi sistem təmizlənir və sabitləşdirilir, yeni iqtisadiyyat qurulur, yenidən sənayeləşmə və səfərbərlik iqtisadiyyatının daha sabit vəziyyətə keçməsi barədə söhbətlər gedir. Təbii ki, dalğalanma olduqca başadüşüləndir”, - deyə ekspert qeyd edib.

Aleksey Xarlanov hesab edir ki, milli valyutanın zəifləməsinin yuxarı həddi məhduddur, yəni, 100 rubldan yuxarı heç bir sıçrayış olmayacaq. Eksperti əlavə edir: “Daha sonra 90-dan aşağı düşmə ehtimalı azdır, amma 102 siyasi vəziyyəti nəzarətdə saxlamağa imkan verəcək həddir”.

O, həmçinin valyuta dinamikasını enerji bazarı və geosiyasətlə əlaqələndirib. Ekspertin fikrincə, mövcud geosiyasi dinamika nəzərə alınmaqla, neftin qiyməti əhəmiyyətli dərəcədə arta bilər: “Neftin 200 dollardan daha yüksək qalxacağı ehtimalını nəzərə alsaq, bu, son hədd deyil. Mövcud geosiyasi münaqişələrin yalnız uzanacağını başa düşməliyik. İlin sonuna qədər - ən optimist proqnoz budur”.

Rusiyalı ekspertin sözlərinə görə, Yaxın Şərqdə davam edən hadisələr qlobal bazarlara əhəmiyyətli dərəcədə təsir göstərir. “Mövcud məzənnə bazarlardakı dəyişkənliyi, ictimai əhvali-ruhiyyəni və Hörmüz boğazının bağlanması riski ilə əlaqəli iqtisadi münasibətləri əks etdirir. Bu gün husilər enerji təchizatına da təsir edən Bab əl-Məndəb boğazını bağlamağa çalışırlar”, - deyə o qeyd edib.

Ekspert, həmçinin qaz təchizatı ilə bağlı vəziyyətə də diqqət çəkib: “İranın Qətərdəki neft, eləcə də mayeləşdirilmiş təbii qaz obyektlərini bombalaması ilə Dohanın LNG tutumuna ən böyük təsir göstərdiyini bilirik ki, bu da qlobal bazarda kəskin qiymət dalğalanmalarına və təchizatçı fəaliyyətinin artmasına səbəb olub”.

O, Rusiyaya qarşı sanksiya siyasətinin tədricən dəyişə biləcəyini vurğulayıb. “Sanksiyalar tədricən aradan qaldırılacaq. Bu, çox sakit şəkildə baş verəcək ki, kölgə donanması faktiki olaraq neytral, sonra isə Rusiyanın olacaq. Bu, bir il və ya il yarım vaxt aparacaq”, - deyə ekspert hesab edir. A. Xarlanov, həmçinin daxili iqtisadi məhdudiyyətlərə də toxunub. O, Çinin Rusiyadan elektrik enerjisi idxalını azaltdığını, yanacaq-enerji sektorunun gəlirlərinin kəskin şəkildə aşağı düşdüyünü və cari ilin ilk iki ayında 4 trilyon rublu aşan neft və qaz gəlirləri kəsirinin 4,2 trilyon rublluq milli rifah fondunun ehtiyaclarını kifayət qədər ödəmədiyini qeyd edib.

“Hazırkı pul siyasəti inkişafı ləngidir. Əsas faiz dərəcəsini 16 faizdən aşağı salmadan uzunmüddətli ucuz pul yarada bilmərik, bunsuz nə texnoloji, nə innovativ transformasiya, nə də yenidən sənayeləşmə mümkün deyil. Yüksək məzənnə ilə iqtisadiyyatımız durğunlaşacaq”, - deyə ekspert vurğulayıb.

O, həmçinin struktur disbalansına da diqqət çəkib: “Rusiya hazırda investisiyaların 1 faizinin inflyasiyanın 2 faizini verdiyi model altında fəaliyyət göstərir. Belə bir nisbətlə biz yeni iqtisadiyyat qura və innovativ artıma nail ola bilmərik”.

Ekspertin fikrincə, gələcək inkişaf üçün sistemli dəyişikliklər zəruridir. “Yaxın gələcəkdə biz yalnız pul siyasətini deyil, həm də Mərkəzi Bankın və innovativ inkişafa cavabdeh olan qurumların islahatlarını həll etməliyik", - deyə Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Beynəlxalq biznes kafedrasının professoru sözlərini yekunlaşdırıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Mart 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see309

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see301

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see268

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see248

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see248

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see247

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see240

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see232

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see230

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see225

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see206

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see205

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see204

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see203

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see203

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see198

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see197

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see195

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see191

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri