Icma.az
close
up
RU
Rüfət Nasosnu Azərbaycan Yazıçılar Birliyinin adının dəyişdirilməsini təklif edir “Üzv olmaq mənim də istəyimdir”

Rüfət Nasosnu Azərbaycan Yazıçılar Birliyinin adının dəyişdirilməsini təklif edir “Üzv olmaq mənim də istəyimdir”

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

Meyxanaçı Rüfət Nasosnu (Kərimov) “ARB”də yayımlanan “Günaydın” verilişində birlikdə qonaq olduğu Əməkdar artist Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olması barədə səsləndirdiyi fikirlərə görə tənqid edilməsinə münasibət bildirib.

Meyxanaçı Pravda.az-a açıqlamasında deyib ki, hər bir yazarın, rəssamın, musiqiçinin yaşadığı dövlətdə öz sahəsi üzrə fəaliyyət göstərən ali quruma üzv olması ən böyük arzularından biri olar.

“Təklif edirəm ki, Azərbaycan Yazıçılar Birliyinin adını Azərbaycanda Yazıçılar və Şairlər Birliyi qoysunlar. Çünki AYB-yə yazıçılarla yanaşı şairlər də, qəzəlxanlar da üzvdür. Ola bilər, əvvəllər adı belə olub, buna görə də indiyə qədər dəyişdirilməyib. AYB-yə üzv olmaq mənim də istəyimdir. Çalışıram ki, şeiriyyata geniş yer verim. Təbii ki, mən meyxana şairiyəm, poetik şeirlərdən daha çox istifadə etməyə çalışıram. Meyxana deyənin Azərbaycan Yazıçılar Birliyinin üzvü olması qeyri-adi hadisə deyil. Məndən əvvəl də üzv olanlar olub. Demirəm ki, AYB-yə kimi gəldi, qəbul edirlər, ancaq Elza Seyidcahanın AYB-yə üzv olması birmənalı qarşılanmadı. Çox etirazlar oldu. Bəziləri AYB-ni qeyri-ciddi qurum adlandırdı. Hətta bir neçə nəfəri ittiham etdilər ki, onların təkidi ilə Elza Seyidcahan AYB-yə qəbul edilib. Elza xanımın bəstələri superdir. Musiqi zövqü, mahnıdan anlayışı olan biri kimi Elza xanımın mahnılarına qulaq asıram. Elə mahnıları var ki, zövq alıram. Şeirləri isə... Özü deyir ki, şeirlərində fəlsəfə var. Mən də ali məktəbdə fəlsəfə dərsi keçmişəm. Yəqin, Elza xanımın dediyi mənim keçdiyim fəlsəfədən deyil, başqa fəlsəfədir, mən onu tapa bilmirəm. Bəlkə, bunun üçün dahi filosof olmaq lazımdır? Sərxan Kərəmoğlu verilişdə dedi ki, Elza Seyidcahanın şeirlərindəki fəlsəfəni gələcək nəsillər başa düşəcək. Yəqin, gələcək nəsillərin İQ səviyyəsi 50-100 il sonra yüksək olacaq, Elza xanım onlar üçün yazır. Arada bəzi şeirlərinə qulaq asıram. Özünəməxsusdur. Heç kimə qadağa qoymaq olmaz, sadəcə, məsləhət vermək olar. Elza xanım isə məsləhətləri qəbul etmir. Amma bir insan kimi onu iki gün öncə Xoşqədəm Hidayətqızının verilişində kəşf etdim. Yaxşı insandır, mehriban xanımdır. Buna görə də Elza xanıma çox xoşum gəldi. İnsan kənardan tamam başqa cür görünür, yaxud özünü başqa cür təqdim edir. Ola bilər, Elza xanımın belə etməkdə müəyyən səbəbləri var, özü bilir, biz bilmirik. Verilişin sonunda danışmağa vaxtımız oldu. Çox gözəl təsir bağışladı. Elza xanımın uşaqlığı barədə öyrənmişəm. Bizə qonşu rayondandır. Çətinliklər, əziyyət görmüş insandır. Buna görə də Elza xanımı çox da tənqid etmək istəmirəm. Ola bilər, ona müəyyən adamlar zəng edib deyirlər ki, şeirlərin əladır. Şəxsən məsləhət almadığım adamların fikri mənim üçün önəmli deyil. Yəqin, Elza Seyidcahan müəyyən adamların sözünə etibar edir. Uğurlar arzu edirəm”, - meyxanaçı qeyd edib.

Aytəkin Qardaşova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://pravda.az
archiveBu xəbər 04 Mart 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see183

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see133

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see122

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see119

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see118

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see117

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see116

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see115

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see115

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see114

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

Maskın təklifi

08 İyun 2025 04:23see114

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see114

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see113

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri