Icma.az
close
up
RU
Rüfət Nasosnu, skripkaçı Ceyhun, rəqqasə Fatimə... Müğənni olmaq bu qədər asandır?

Rüfət Nasosnu, skripkaçı Ceyhun, rəqqasə Fatimə... Müğənni olmaq bu qədər asandır?

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Eminqueyin yeni yazısını təqdim edir.

“Qızı özbaşına qoysan, ya halvaçıya gedər, ya da zurnaçıya”.

Atalarımız da maşallah, qızlara seçim şansı verməyiblər. Düşünüblər ki, qız özü seçim edə bilməz. Seçim etsə də, ya halvaçını seçər, ya da zurnaçını. Ara yerdə də halvaçıyla zurnaçını “pıx” çıxarıblar.

Elə atalarımızın bu birmənalı olmayan qərarını düşünə-düşünə gözüm TV-də oxuyan skripkaçı Ceyhuna sataşdı.

“Aaa, bu da oxuyur?”.

Öz-özümə verdiyim birinci sual bu oldu. Sonra yadıma düşdü ki, skripkaçı Səlimin, rəqqasə Fatimənin, aparıcı Zaurun oxuduğu yerdə Ceyhuna nə olub ki? Nöş oxumasın? Ümumiyyətlə, bütün ölkə oxumağa başlayıbsa, Ceyhunun nə günahı var? Niyam Səlaminin mahnı oxuduğu bu dünyada niyə oxumayasan ki?

Niyam Səlaminin Bülənt Ərsoyu imitasiya etməsinə oxumaq deyilirsə, bu xalq onu toylarına çağırırsa, başqaları niyə də bu yola üz tutmasın? Hələ rəhmətlik Cavanşir Məmmədov var idi. Təsəvvür edirsiniz, o da müğənni idi. Heç nə yox, elə bircə dəfə meyxanaçılar aləminə baş vursam, arxamda bir qoşun oxuyan meyxanaçı ilə qayıdaram. Siz Allah, üzrlü sayın, bərkdən şaqqanaq çəkmək istəyirəm, Rüfət Nasosnunun, Oqtay Kamilin mahnı oxuduğu ölkədə yaşayırıq e. Bu bilirsiniz nə deməkdir?

Bu o deməkdir ki, adını çəkdiklərim gərək heç vaxt Şövkətdən, Rübabədən, Alimdən danışmasınlar. Nəinki danışmasınlar, hətta tək qaldıqları, heç kim olmayan yerdə belə bu adamlara qulaq asmasınlar. Adam Şövkətə qulaq asıb, yaxud da ona “sənətkarımız” deyib necə oxuya bilər axı?

Kifayət qədər ad sayaram, amma sənətdən, musiqidən anlayanlar onsuz da bilirlər bu adların yanına hansı adları düzmək olar.

Belə də baxanda, elə də baxanda ölkə elə halvaçılarla zurnaçıların əlindədir. Beş adamdan on beşi ya halvaçıdır, ya da zurnaçı. Yəni məsələ qızlar konteksindən çıxıb. İndi hamını özbaşına buraxıblar. Müğənni olmaq üçün səs ən axırıncı lazımlı şeydir.

Bu özbaşınalığı dəstəkləyən TV-lərin sayəsində bazara günbəgün yeni-yeni oxuyanlar daxil olur. Dünən gördüm, o vaxtın “Qəfəs” şousunun məşhur Cəmiləsi də sən demə restoranlarda müğənnilik edirmiş Vallah, araşdırsam, bəlkə də unutduğum, yadımdan çıxan nə qədər dost-tanış var, hamısını hansısa restoranda oxuyan yerdə taparam.

Açığı, boşluq olan kimi zümzümələr edirəm. Sevirəm mızıldamağı. Musiqi notlarını məktəbsiz-zadsız bilirəm. İstənilən musiqi alətində azı beş musiqi ifadə bilərəm. Musiqi duyumum əladır.

Düşünürəm ki, yazmağın-zadın başını buraxıb keçəcəyəm oxumağa. Mənim nəyim əskikdir bunlardan? Yarım-yaraşığım, geyinməyə paltarım, tanınmışlığım. Səsimin qaçan yerlərini də kompüter düzəldər. And ola inandıqlarınıza ki, milyon qat yaxşı oxuyaram bunlardan. Üstəgəl, mənim bunlardan üstünlüklərim də var. Savadım, biliyim, dünyagörüşüm, şairliyim, yazarlığım. Dəxi nə lazımdır? Heç zad!

Bircə qalıb studiyaya getmək.

Gözləyin, növbəti dəfə sizə köşə ilə yox, yeni hitimlə gələcəm.

Yatmış göyərçinləri azan səsi oyatdı - Ruslan Mollayevin şeirləri Azərbaycan rejissorunun filmləri İsraildə Allah o qədər bikar deyil
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://kulis.az
archiveBu xəbər 10 Aprel 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri