Icma.az
close
up
RU
“Rufo Gəncinski” Moskvaya niyə qayıtdı qan qoxusu...

“Rufo Gəncinski” Moskvaya niyə qayıtdı qan qoxusu...

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

 Azərbaycanlı “qanuni oğru” Ülfət Tağıyevin (“Rufo Gəncinski”) bir neçə gün əvvəl yenidən Moskvaya qayıtdığı haqda xəbər vermişdik. Öncə onu deyək ki, “Rufo”nun Rusiyanı niyə tərk etməsi barədə informasiyalar ziddiyyətlidir. Musavat.com xəbər verir ki, Rusiya mənbələri onun bu ölkəyə ömürlük giriş qadağası olduğunu iddia edir. İddiaya görə, onun qayıdışını FTX ilə yaxşı münasibətdə olan Rusiyanın   “nömrə 1”  nüfuzlu “qanuni oğru”su Badri Koquaşvili təşkil  edib. Yada salaq ki, bu ilin martında Koquaşvilinin 60 illik yubileyində “Rufo”nun iştirakını da FTX1 ilə razılaşdırma əsasında baş verdiyi deyilirdi.

“Rufo”nun Rusiyanı tərk etməsi ilə bağlı ikinci iddia isə hazırda 1 nömrəli  “qanuni oğru” Zaxari Kalaşovla(“Şakro Molodoy”)  əlaqələndirirlər.          

 İddialara  görə, səhhəti ilə bağlı azadlığa buraxılan  “Şakro Molodoy”  müəyyən məsələlərlə bağlı qərarını əsasən, ən yaxın adamları Zaxar ləqəbli Aleksandr Zaxarov və Martin Babakexyan vasitəsilə çatdırır. Bildirilir ki,  azərbaycanlı “qanuni oğru”  “Rufo Gəncinski”nin Moskvanı tərk etməsi qərarını da məhz  “Şakro” verib. Bildirilirdi ki, “Şakro”nun “Rufo” ilə  bağlı qərarı belə olub ki, “onun seçilmişlərin yanında yeri yoxdur”.  Badri “Rufo”nun köməyi ilə Rusiyadakı Azərbaycan mafiyasına tam nəzarət etmək istəyirmiş. Amma “Şakro Molodoy” hələ “Ded Xasan”ın vaxtında “kriminal generallar” sırasında olan Vaqif Süleymanovun(“Vaqif Bakinski”, “Vaqif Diplomat” kimi tanınır) bu işdə daha etibarlı olacağı qənatinə gəlib. Bu qərardan sonra “Rufo” tələsik Rusiyanı tərk etmək məcburiyyətində qalıb, əks halda ya həbs, ya öldürülə bilərdi. Onun Rusiyanı tərk etdikdən sonra  Misirdə yaşadığı da deyilirdi. 

“Şakro”nun “Rufo” barədə qərarı təsadüfi deyil. 1981-ci il aprelin 12-də Gəncə şəhərində anadan olan Rüfət Tağıyev mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin “sağ əli” olub.O, 2012-ci ildə dekabrın 10-da Dubayda “qanuni oğru” adı alıb. 2013-cü ilin yanvarında öldürülən  “Ded Xasan”ın qətli üzrə əsas şübhəli olan Ülfət əzasını ciddi rejimli koloniyada çəkməklə Moskva məhkəməsi tərəfindən 8 il azadlıqdan məhrum edilib. O, “Ded Xasan”ın qətlinə görə cinayət yerindən getmək üçün plan hazırladığını özü etiraf edib. Bəllidir ki, “Şakro” “Ded Xasan”ın qohumlarındadır və onun kimi yezidi kürdüdür. “Ded Xasan” öldürüləndə o, İspaniyada həbsdə idi. Azadlığa buraxılandan sonra da onun “tax-tacına” sahib oldu.

“Vaqif Diplomat” ləqəbi ilə tanınan Vaqif Süleymanov da uzun müddətdir Rusiyada, xüsusilə də Moskva vilayətində “Azərbaycan mafiyası”nın,  ən tanınmış və nüfuzlu liderlərindən biri  hesab olunur.

O, 1965-ci il avqustun 15-də Gürcüstanda anadan olub, uşaqlığı orada keçib. Rusiya mediası onun ya Tiflis, ya da Marneulidə dünyaya gəldiyini yazır. Vaqifin 7-8 yaşı olanda ailəsi Bakıya köçüb və xeyli müddət burada yaşayıb.

Onun “tacqoyma mərasimində” Nardaranlı Mirseymur, Sabirabadlı Hikmət, Çingiz Sedoy, Masallı Mamed, Qoca iştirak ediblər. Vaqif Bakinski Rusiyada Ded Xasanın himayəsi altında olub. O, öldürüləndən sonra Vaqif “Şakro Molodoy”un tərəfini tutub.

 Yerli teleqram kanallarının məlumatına görə, “Rufo Gəncinski” Misirdə olarkən öz adamlarını Rusiyanın bütün böyük bazarlarına yerləşdirməyə çalışsa da, onları döyüblər və oradan qovublar. Qayıdandan sonra isə  “Rufo” ona qarşı çıxanları nümayişkaranə şəkildə cəzalandırmaq qərarına gəlib.

İddia olunur ki,  artıq  qisas addımları da reallaşmağa başlayıb. “Qanuni oğru” Namiq Səlifov (öldürülmüş “kriminal general” “Lotu Quli”nin qardaşı) Rufonun ən qatı düşmənidir .  İddialara görə, “Rufo” “Şakro”ya  sübut etməyə çalışır ki, məhz o  Azərbaycan mafioz klanlarının  ən önəmli qüvvəsidir.   

Badri Koquaşvilinin “Rufo”nu “Quli” nin qardaşına qarşı dəstəkləməsi təsadüfi deyil.  Badri Nadir Səlifovun “qanuni oğru” titulundan  məhrum etməyə  cəhd etdikdən sonra tərəflər arasında münasibətlər ləskinləşmişdi.  Badrinin “Quli”ni “qanu  oğru” adından mərhum etmək istəməsi gürcü əsilli Quram Çixladzenin (“Kvejeoeviç”) vurulması ilə bağlı idi.  Quram Çixladze Türkiyədə “Quli” ilə görüşdə vurulub. Ona əl qaldıran isə Nadir Səlifovun yaxın adamı, qazax əsilli Arman Cumagəldiyev (“Dikiy Arman”) olub. Lakin o sonradan Quram Çixladzenin “qanuni oğru” statusu daşımasından xəbərsiz olduğunu bildirib.  

Bu hadisədən sonra Badri Koquaşvili Nadir Səlifovun “qanuni oğru” titulundan məhrum edilməsi təşəbbüsü ilə çıxış edib. Lakin “Quli” və onu dəstəkləyən digər “qanuni oğru” Badri Koquaşvilinin özünü tituldan məhrum ediblər. Səbəb kimi isə onun başqa “qanuni oğrularla” konfliktdə olduğu göstərilib. /Musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:386
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Noyabr 2024 05:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri