Ruhanilər demansda ilahi lütf görürlər...
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rus Pravoslav Kilsəsinin nümayəndələri demensiyadan danışaraq, bu xəstəliyin mənəvi qurtuluş yolu kimi görünə biləcəyini qeyd ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Novosvyat” xəbər verir.
Din xadimlərinin fikrincə, yaddaş və idrak funksiyalarının itirilməsi yaxınlar üçün faciə olsa da, eyni zamanda, xəstəlik insanı təvazökarlığa sövq edə, Allahın aliliyinə gedən yolu asanlaşdıra bilər.
Rusiyalı keşiş Aleksandr Nikolski Alzheimer xəstəliyini xüsusi olaraq müzakirə edərək, onu ilahi lütfün bir forması adlandırıb.
O, vurğulayıb ki, koqnitiv tənəzzül insanı qürurdan əl çəkməyə və həyata fərqli prizmadan baxmağa məcbur edir. Ruhanilərin nöqteyi-nəzərindən, xəstəlik irəlilədikcə, tanış narahatlıqlar arxa plana keçir.
Bu, dua, ruhun təmizlənməsi və Rəbblə daha yaxın ünsiyyət üçün fürsət açır.
Nazlı Almuradova

